| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123456
78910111213
14151617181920
21222324252627
28293031
Beynəlxalq təşkilatlarla əməkdaşlıq
Çap versiyası

Beynəlxalq təşkilatlar

Ümumdünya Ticarət Təşkilatı (ÜTT)

Azərbaycan Respublikası 1997-ci ildən ÜTT ilə müşahidəçi üzv qismində əməkdaşlıq edir. ÜTT-nın Ticarətdə Texniki Maneələr (TBT) və Əqli Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri üzrə Sazişlərinin (TRİPS) Komitə səlahiyyətlərinə aid olan məsələlər üzrə hər il təqdim olunan Azərbaycanın ÜTT-yə üzvlük üzrə İşçi Qrupunun suallarına Komitə tərəfindən cavablar hazırlanır və ÜTT qanunvericiliyinə uyğunlaşdırma üzrə müvafiq addımlar atılır. Həmçinin Komitə əməkdaşları aidiyyəti üzrə ÜTT/ÜƏMT nin birgə seminar/təlimlərində və ÜTT-nin kurslarında (həmçinin onlayn kurslarda) iştirak edirlər.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT)

Komitə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə six əməkdaşlıq edir və 2014-cü ilin 14 may tarixində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru cənab Frensis Qarrinin Bakıya səfəri zamanı Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalanmışdır.

2014-2017-ci illər üzrə Fəaliyyət Planı qeyd olunan Anlaşma Memorandumu əsasında hazırlanmışdır. Bu Fəaliyyət Planı çərçivəsində bir sıra tədbirlərin icrası qarşıdakı illər ərzində nəzərdə tutulmuşdur.

Bundan başqa, Komitə ÜƏMT-nin Akademiyası ilə danışıqlara başlamışdır və ilkin olaraq Komitəyə ehtiyaclarin təhlili missiyasi üzrə mütəxəssisin səfəri 2015-ci ilin aprel ayında nəzərdə tutulur. Bu missiya çərçivəsində Komitəyə sənaye mülkiyyəti hüquqları üzrə Təlim Mərkəzinin yaradılması və fəaliyyətinə dəstək olacaqdır. Komitənin ekspertləri ÜƏMT-nin Baş Assambleyalarında, həmçinin ÜƏMT/ÜTT-nin birgə seminar/təlimlərində və onlayn təhsil proqramlarında mütəmadi olaraq iştirak edirlər.

BMT-nin digər ixtisaslaşdırılmış qurumları (UNIDO, UNECE, UNDAF)

Komitə BMT-nin müvafiq ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq edir (UNIDO- BMT-nin Sənaye İnkişafı Təşkilatı, UNECE- BMT-nin Avropa İqtisadi Komissiyası, UNIDAF- BMT-nin İnkişaf Çərçivəsi Yardımı) və onların təlimlərində, görüşlərində və seminarlarında iştirak təmin edilir.

Azərbaycan Respublikası və BMT-nin Sənaye İnkişafı Təşkilatı arasında 2014-2018-ci illər üzrə əməkdaşlıq üzrə çərçivə proqramı qəbul olunmuşdur.

Proqramın 6-cı fəslində texniki tənzimləmə, standarlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və sınaq sahəsində əməkdaşlıq perspektivləri nəzərdə tutulmuşdur.

Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO)

Komitə 2003-cü ildən İSO-nun tamhüquqlu üzvüdür və hal-hazırda onun aşağıdakı Texniki Komitələrində iştirak edir:

ISO/IEC BTK 1 - İnformasiya texnologiyaları (Müşahidəçi Üzv)

ISO/TK 28 - Neft məhsulları və sintetik və ya bioloji mənşəli əlaqədar məhsullar (Müşahidəçi Üzv)

• ISO/TK 34 - Ərzaq məhsulları (Müşahidəçi Üzv)

• ISO/TK 34/AK 14 - Təbii, quru və quru meyvə və tərəvəzlər (Müşahidəçi Üzv)

• ISO/TK 47 - Kimya (Müşahidəçi Üzv)

• ISO/TK 59 - Binalar və mülki mühəndislik işləri (Müşahidəçi Üzv)

• ISO/TK 67 - Neft, neft-kimya və təbii qaz sənayesi üçün materiallar, avadanlıq və dəniz strukturları (Müşahidəçi Üzv)

• ISO/TK 136 - Mebel (Müşahidəçi Üzv)

• ISO/TK 147 - Suyun keyfiyyəti (Müşahidəçi Üzv)

• ISO/TK 176 - Keyfiyyəti idarəetmə və keyfiyyət təminatı (Müşahidəçi Üzv)

• ISO/TK 211 - Coğrafi informasiya/Geomatika (Müşahidəçi Üzv)

• ISO/REMCO - Etalon Materialları üzrə Komitə (Müşahidəçi Üzv)

Komitə İSO-nun Baş Assambleyalarında, həmçinin aşağıdakı Komitələrində iştirak edir:

  • •ISO/CASCO - Uyğunluğun Qiymətləndirilməsi üzrə Komitə (Müşahidəçi Üzv)
  • ISO/COPOLCO - İstehlakçı Siyasəti üzrə Komitə (Müşahidəçi Üzv)
  • ISO/DEVCO - İnkişaf Etməkdə olan Ölkə Məsələləri üzrə Komitə (Tamhüquqlu Üzv)

 

Komitə 2012-2013-cü illər ərzində İSO-nun “İnkişaf etməkdə olan ölkələrin Milli Standartlar Qurumunun İnstitusional Gücləndirilməsi” layihəsinin benefisiarı olmuşdur və bu zaman ərzində İSO-nun müstəqil eksperti ehtiyacların təhlili üçün ekspert missiyası ilə Komitədə olmuş və ISO / IEC 17011 və 17025 beynəlxalq standartlara dair bir neçə təlimlər və seminarlar keçirmişdir.

Bundan başqa, qeyd olunan layihə çərçivəsində 2012-ci ilin 18-20 iyun tarixlərində İSO və Komitənin birgə təşkilatçılığı ilə Bakı şəhərində Şərqi Avropa və Mərkəzi Asiyanın milli standartlaşdırma orqanlarının rəhbər icraçı direktorlarının forumu baş tutmuşdur. Tədbirdə Azərbaycan Respublikası ilə yanaşı, Rumıniya, Xorvatiya, Belarus, Albaniya, Latviya, Litva, Qazaxıstan, Gürcüstan və s. 15 ölkənin texniki tənzimləmə və standartlaşdırma sahəsi üzrə milli orqanlarının rəhbər şəxsləri və İSO-nun Baş katibi Rob Stil iştirak etmişdir. Tədbirin keçirilməsində məqsəd Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində texniki tənzimləmə, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrinin beynəlxalq tələblərə əsasən inkişafı səviyyəsini öyrənmək, qarşılıqlı əlaqələrin təmin edilməsi üçün zəruri tədbirlər görmək və keyfiyyət infrastrukturunun yaradılması və inkişafı istiqamətində milli standartlaşdırma qurumlarının rolunu qabartmaqdır.

Qeyd olunan layihə çərçivəsində İSO-nun müstəqil eksperti Graham Hollovayin 2012-ci ilin 21-22 iyun tarixlərində Komitə və Azərbaycan Standartlar İnstitutu ekspertləri üçün İSO-nun standartlarının satışı və bu zaman nəzərə alınmalı olan müəlliflik hüququnun qorunması məsələləri, həmçinin İSO-nun standartlarını layihələrinə texniki komitə nümayəndələrinin onlayn rejimdə səsverməsi ilə bağlı təlim keçmişdir.

Bundan başqa adıçəkilən layihə çərçivəsində aparılmış danışıqlar nəticəsində Komitə əməkdaşlarının təcrübə mübadiləsi məqsədilə 2012-cü ildə Avstriyanın stnadartlaşdırma qurumuna səfəri təşkil olunmuşdur.

Hal hazırda Komitənin ekspertləri inkşaf etməkdə olan ölkələr üçn İSO DEVCO-nun 2011-2015-ci illər üzrə Fəaliyyət Planı çərçivəsində təşkil olunan müvafiq seminar və təlimlərində iştirak edirlər.

Kodeks Alimentarius

Komitə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı əsasında Kodeks Alimentariusun Milli Əlaqələndiricisi kimi təyin olunmuşdur.

 

 

Beynəlxalq Elektrotexnika Komissiyası (İEC)

Komitə 2011-ci ildən İEC-nin “İnkişaf etməkdə olan ölkələr üzrə Müxbir Proqramı”nda iştirak edir. Bu proqramda iştirak müvafiq İEC standartlarını pulsuz olaarq əldə etmək və İEC-in tədbirlərdə iştirak imkanı yaratmış olur (təqribən 200 standart, 50 standartın qəbulundan sonar üzv artıq Müxbir+ üzv olur və bundan əlavə 400 pulsuz standart əldə edə bilər).

Bundan başqa Komitə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu vasitəsilə İEC in Uyğunluğun qiymətləndirilməsi üzrə Müxbir Status Proqramında da iştirak edir.

Laboratoriya Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlığı təşkilatı (ILAC)

Komitənin beynəlxalq əlaqələrinin inkişaf etdirililməsi istiqamətində Komitə yanında yaradılan Dövlət Akkreditasiya Xidməti Laboratoriya Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq təşkilatına (ILAC –International Laboratory Accreditation Cooperation) 2012-ci ilin oktyabr ayında müxbir üzv qismində qoşulmuşdur.

ILAC-ın beynəlxalq təşkilat kimi əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • Laboratoriyaların və inspeksiya orqanlarının akkreditasiya təcrübəsinin inkişaf və harmonizə etdirilməsi
  • Akkreditasiya sisteminin gücləndirilməsinə dəstək
  • İLAC vasitəsilə laboratoriyaların və inspeksiya orqanlarının fəaliyyətlərinin beynəlxalq tanınması, bununla da sərhədlərdən keçirilən mallara əlavə edilən sınaq, inspeksiya və kalibrləmə nəticələrinə əsasən verilən sertifikatların qəbulunun asanlaşdırılması.

İLAC-a üzvlük akkreditasiya sahəsində yeni standartların, qaydaların hazırlanmasında iştirak, qəbul edilmiş akkreditasiya üzrə normativ sənədlərin ödənişsiz əldə etməsini və Azərbaycan Respublikasının akkreditasiya sistemində birbaşa tətbiq etməsinə və bu istiqamətdə bilik və təcrübə mübadiləsində iştirak etməsinə imkan yaradacaqdır.

Eyni zamanda, bu təşkilata üzvlük ticarətdə maneələrin aradan qaldırılmasında, elmi-texniki məlumatların və texnologiyaların  mübadiləsində geniş imkan yaradır.

İLAC-a üzvlüyün üstünlükləri aşağıdakılardır:

  • İLAC-ın Qarşılıqlı Tanınma Razılaşmasında (ILAC MRA-Mutual Recognition Arrangement) iştirak etmək imkanı və bununla da milli akkreditasiya fəaliyyətinin beynəlxalq tanınmasını təmin etmək;
  • Milli akkreditasiya sisteminin inkişaf etdirilməsi məqsədilə təcrübəli akkreditasiya sistemləri ilə əlaqələr qurmaq və onların təcrübəsindən bəhrələnmək;
  • Digər inkişaf etməkdə olan akkreditasiya sistemləri ilə əlaqələr qurmaqla laboratoriyaların akkreditasiyası, uyğunluğun qiymətləndirilməsi və standartlaşdırma üzrə təcrübə mübadiləsi aparmaq və ümumi problemlərin həlli yollarını axtarmaq;
  • Uyğunluğun qiymətləndirilməsi sahəsində milli maraqları beynəlxalq səviyyədə təmsil etmək;
  • İLAC-ın Baş Assambleyasının illik iclaslarında iştirak etmək;
  • İLAC-ın siyasi və texniki məsələləri, marketinq, laboratoriyalar və yeni akkreditasiya sisteminə dəstək üzrə komitələrinin işində iştirak etmək;
  • İLAC-ın dövri hesabatları və xəbərləri ilə tanış olmaq;
  • İLAC-ın sənədlərinin sonuncu layihələrinin onun internet səhifəsi vasitəsilə şərh və səs vermək məqsədilə əldə etmək;
  • Sənaye, dövlət və ticarət nümayəndələri, sınaq və kalibrləmə xidmətlərinin digər istifadəçilərinin akkreditasiyanın əhəmiyyəti barədə məlumatlılığını artırmaq.

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT)

Komitə İƏT ilə əməkdaşlıq edir və onun Sənaye Mülkiyyəti Hüquqları üzrə Əlaqələndirmə Komitəsinin işində iştirak edir və həmçinin bu Komitənin iclaslarına evsahilbliyi edir.

Komitə həmçinin ECO-UNİDO-nun keyfiyyət infrastrukturu üzrə birgə layihəsinin iclaslarında da iştirak edir.

Ölçülər və Çəkilər üzrə Baş Konfrans (CGPM)

Komitə 2015-ci ilin yanvar ayından Çəkilər və Ölçülər üzrə Beynəlxalq Konfransa (CGPM - Conférence Générale des Poids et Mesures) assosiativ üzv olmuşdur və Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitənin (CİPM) Qarşılıqlı Tanınma Razılaşmasını (MRA) imzalamışdır.

Çəkilər və Ölçülər üzrə Baş Konfrans üzv dövlətlər və CGPM-in assosiativ müşahidəçilərindən ibarətdir.

Baş Konfrans Beynəlxalq Komitədən çəkilər və ölçülər işlərin yerinə yetirilməsi barədə hesabatlar alır; Beynəlxalq Vahidlər Sisteminin (SI) təbliği və inkişafını təminini tələb edən razılaşmaları müzakirə edir; yeni fundamental metroloji müəyyənləşdirmə nəticələrini və beynəlxalq aləmdə müxtəlif elmi qətnamələri təsdiq edir; və Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (BİPM) dotasiyası da daxil olmaqla BİPM-in təşkili və inkişafı ilə bağlı bütün məsələlər barədə qərar verir.

CİPM MRA Milli Metrologiya İnstitutları vasitəsilə onların ölçmə standartları və verdikləri kalibrləmə və qiymətləndirmə sertifikatlarının beynəlxalq ekvivalentliyini nümayiş etdirən çərçivədir.

Razılaşmanın əsas nəticəsi beynəlxalq tanınan iştirakçi institutların kalibrləmə və ölçmə imkanlarıdır (səriştəlik).

 

Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilat (OİML)

Komitə 2015-ci ilin yanvarından Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilata müxbir üzv qismində qoşulmuşdur.

Müxbir üzvlərin aşağıdakı hüquqları var:

  • Üzv dövlətlər kimi OIML-in işləri barədə məlumat almaq
  • OİML-in bütün nəşrlərini əldə etmək
  • səsvermə hüququ olmadan OIML Layihə qruplarının texniki işində iştirak etmək; lakin layihələr üzərində onların şərhləri üzv dövlətlərin şərhləri kimi nəzərə alınır
  • OİML-in konfranslarında və Hüquqi Metrologiyanın Beynəlxalq Komitəsinə səsvermə hüququ olmadan iştirak edə bilər
  • Assosiativ üzv kimi OİML-nin Qarşılıqlı Tanınma Razılaşmasına əsasən Qarşılıqlı Etibar Bəyannaməsində iştirak etmək və nəticədə iştirakçılar tərəfindən verilmiş tipə dair qiymətləndirmə hesabatları tanımaq
  • Qarşılıqlı İnam Bəyannaməsinə və iştirakçıların qiymətləndirilməsi barədə məlumat əldə etmək.

Regional təşkilatlar

 

Avropa Standartlaşdırma Komitəsi (CEN)

Komitə 2011-ci ildən CEN-ə assosiativ üzv kimi qoşulmuşdur və bu təşkilat ilə sıx əlaqələrə malikdir.

Komitə mütəmadi olaraq CEN-in Baş Assambleyalarında iştirak edir, həmçinin milli standartların Avropa (EN) standartları ilə harmonizə edilməsi üçün müvafiq tədbirlər görür.

Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura

Komitə 90-ci illərdən Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura ilə sıx əlaqələr qurub və onun illik görüşlərində, həmçinin onun standartlaşdırma, metrologiya, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi və dövlət nəzarəti məsələləri üzrə Milli Elmi-Texniki Komitələrində və İşçi Qruplarında fəal iştirak edir.

İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya İnstitutunun (SMİİC)

Komitə SMİİC-lə yaxından əməkdaşlıq edir və onun Baş Assambleyalarında, həmçinin onun halal qida, halal kosmetika məsələləri və həmçinin bərpa olunan enerji və kənd təsərrüfatı prosesləri üzrə Texniki Komitələrində iştirak edir

Bölgələrarası Standartlaşdırma Birliyi (BASB)

Komitə BASB-la yaxından əməkdaşlıq edir və onun Baş Assambleyalarında, həmçinin onun Texniki Şurasının görüşlərində iştirak edir.

Avrasiya Patent Təşkilatı (EAPO)

Komitə EAPO ilə yaxından əməkdaşlıq edir və onun təlimlərində iştirak edir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır