| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Donor və digər təşkilatlarla əməkdaşlıq
Çap versiyası

Donor və digər təşkilatlarla əməkdaşlıq

 

Avropa İttifaqının Tvinninq, TAİEX alətləri və texniki yardım layihələri

2008-2010-cu illər ərzində Komitədə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində Standartlaşdırma, Metrologiya, Uyğunluğun Qiymətləndirilməsi və Akkreditasiyanın Gücləndirilməsi” adlı Tvinninq layihəsi həyata keçirilmişdir. Bu layihənin əsas məqsədi daxili Aİ bazarına və Ümumdünya Ticarət Təşkilatının Ticarətdə Texniki Maneələr Sazişinin tələblərinə və qaydalarına uyğun olan Azərbaycanda keyfiyyət infrstrukturu üçün üfuqi çərçivənin yaradılması, institusional dəstək, laboratoriyaların yaradılması idi. Layihə ekspertləri Texniki Tənzimləmə, Akkreditasiya və Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında yeni qanun layihələrinin hazırlanmasına dəstək göstərmişlər.

Hazırda Komitə 2014-2016-cı illər üzrə “Azərbaycanda standartlaşdırmanın və texniki tənzimləmənin müasir sisteminin inkişafına dəstək” adlı Tvinninq layihəsinin benefisiarıdır və həmçinin metrologiya və akkreditasiya üzrə yeni Tvinninq layihələri üzrə danışıqlar aparılır.

Dövlət Komitəsi həmçinin seminarlar, ekspert missiyaları və təlimlər şəklində Aİ-dən yardım almaq üçün TAIEX aləti ilə fəal əməkdaşlıq edir. 2012-ci ildə Komitədə 2 TAİEX tədbiri (standartlaşdırma sahəsində 1 və İSO/İEC 17011 üzrə 1 ekspert missiyası), 2014-cü ildə 2 – GMO və HACCP sistemi məsələlərinə dair TAIEX ekspert missiyaları həyata keçirilmişdir. 2015-ci il ərzində CE markalanması və sənaye mülkiyyəti sahəsində Komitədə müxtəlif TAIEX tədbirləri keçiriləcəkdir.

Komitə (2013-2014-cü illərdə) “Azərbaycan Hökumətində fındıq o cümlədən qida məhsullarına nəzarət və qida məhsullarının sertifikatlaşdırılması üzrə qanunverici bazanın və institusional quruculuğun gücləndirilməsi” üzrə Aİ Texniki yardım layihəsinin benefisiarlarından biri olmuş və Komitənin ekspertləri bu layihə çərçivəsində müxtəlif təlim və seminarlarda iştirak etmişlər.

 

Almaniya Milli Metrologiya İnstitutu (PTB)

Komitənin 2008-2010-cu illər ərzində icra olunmuş “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində Standartlaşdırma, Metrologiya, Uyğunluğun Qiymətləndirilməsi və Akkreditasiyanın Gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində Almaniyanın Milli Metrologiya İnstitutu ilə (PTB) sıx əməkdaşlıq qurulmuşdur.

Bu əməkdaşlığın davamı olaraq, PTB-nin 2012-ci ilin mart ayında Almaniyanın Braunşvayq şəhərində keçirdiyi təntənəli 125 illik yubileyində Komitənin nümayəndə heyəti də iştirak etmiş və tədbirdən sonra Almaniya Standartlar İnstitutuna (DİN) Berlinə səfər etmişdir. Bu görüşlər çərçivəsində PTB-nin 2011-2014-cü illər üzrə “Cənubi Qafqazda Keyfiyyət İnfrastrukturunun Gücləndirilməsi” adlı layihə ilə əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. 2012-ci ilin payız aylarında AzTEST-in əməkdaşlarının Almaniyanın Bremen laboratoriyalarına səfəri təşkil olunmuşdur.

Bu uğurlu layihənin davamı olaraq, PTB Komitənin əsas benefisiarlardan biri olacağı, “Cənubi Qafqaz ölkələrində qida sınağının və metrologiyanın gücləndirilməsi” adlı 2014-2017-ci illər üzrə yeni 3illik regional layihə həyata keçirilməkdədir.

 

 Beynəlxalq Atom Enerjisi Agentliyi (İAEA)

Beynəlxalq Atom Enerjisi Təşkilatı Komitə yanında Dövlət Metrologiya Xidmətində İkinci dərəcəli dozimetrik laboratoriyanın (2012-2013) və spektometriya laboratoriyasının (2014-2015) yaradılması üzrə texniki yardım proqramı vasitəsilə Komitəyə dəstək göstərməkdədir.


Koreya ilə əməkdaşlıq

“Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Koreya Respublikasının Koreya Əqli Mülkiyyət İdarəsi arasında Anlaşma Memorandumu” 2014-cü ilin iyun ayında imzalanmışdır. Bu Anlaşma Memorandumu əsasında KİPO eksperti Komitənin əqli mülkiyyətin mühafizəsi sisteminin avtomatlaşdırılmasına dəstək məqsədilə 1il yarım müddətinə Komitəyə (AzPatent) ezam olunmuşdur. 

Komitə həmçinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə də sıx əməkdaşlıq edir və Komitənin ekspertləri müvafiq təlimlərdə iştirak üçün dəfələrlə Koreyaya ezam olunurlar.

“Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında Əqli Mülkiyyət Hüquqlarının avtomatlaşdırma nəzarət sistemi üzrə Qrant Sazişi” imzalanmışdır (11 oktyabr 2011-ci il). Koreya Respublikası 2011-2014-cü illər üzrə Komitəyə ekspert missiyası və təlimlər vasitəsilə dəstək göstərmişdir.

 

ADA Universiteti

 

Komitənin mütəxəssisləri 2014-cü ilin dekabr ayından 2015-ci ilin aprel ayınadək Aİ və ADA Universitetinin dövlət qulluqçuları üçün birgə təşkil etdiyi Aİ sistemi, institutları, danışıqlar, enerji, əqli mülkiyyət, informasiya texnologiyaları, və s mövzular üzrə dövlət qulluqçuları üçün Azərbaycan və ingilis dillərində keçirilən təlimlərdə iştirak etmişlər.

 

Oxfam

 

Komitənin mütəxəssisləri 4 illik (19.09.13-18.09.17) Oxfam təşkilatının “Azərbaycanda milli strategiya və kiçik müəssisələr tərəfindən qida təhlükəsizliyinin gücləndirilməsi” adlı layihəsi çərçivəsində dəfələrlə müxtəlif tədbirlərdə iştirak etmişdilər.

 

Avropa Birliyi, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya arasında enerji üzrə əməkdaşlıq (İNOGATE)

Avropa İttifaqının İNOGATE Proqramı çərçivəsində “İNOGATE Texniki Katibliyi, Bakı Təşəbbüsü və Şərq Tərəfdaşlığının enerji məqsədlərinə inteqrasiya olunmuş dəstək proqramı” adlı layihə çərçivəsində İNOGATE Proqramının ekspertləri ilə Komitədə 2012-ci ilin 15 mart tarixində keçirilmiş görüş zamanı Komitə ilə standartlaşdırma sahəsində bir sıra aşağıdakı əməkdaşlıq imkanları, xüsusilə də xüsusi tədbirlər planları qəbul etməklə qaz və elektrik sahəsinin harmonizasiya prosesi üçün yol xəritələrinin hazırlanmasına dəstək məsələləri müzakirə olunmuşdur:

  1. Qanunvericilik aktlarının hazırlanmasına dəstək
  2. Xüsusi tədbirlər planları qəbul etməklə qaz və elektrik sahəsinin harmonizasiya prosesi üçün yol xəritələrinin hazırlanmasına dəstək
  3. Seminar, təlim və tədris səfərləri vasitəsilə institusional imkanların genişləndirilməsinə dəstək
  4. CEN (Avropa Standartlaşdırma Komitəsi) və İEC (Beynəlxalq Elektrotexnika Komissiyası) ilə əməkdaşlığın gücləndirilməsi və bu beynəlxalq təşkilatlarda fəal iştiraka dəstək

Komitənin nümayəndələri İNOGATE proqramı çərçivəsində Böyük Britaniya və Almaniyada keçirilən bir sıra tədbirlərdə iştirak etmişdilər. 

 

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD)

 

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Rəqabət və Ticarət üzrə layihəsi çərçivəsində (2010-2012-ci illər) “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanun layihəsi təkmilləşdirilmiş, müxtəlif seminarlar, təlimlər və konfranslar keçirilmişdir.

 

Beynəlxalq əlaqələr və İnkişaf üzrə İsveçrə İnstitutu (CABİR)

 

CABİR Proqramı çərçivəsində 2012-ci ilin 5-7 iyun tarixlərində “Beynəlxalq İnsan Hüquqları və Avropa İnsan Hüquqları Konvensiyası” üzrə Milli Təlim Proqramında və 18-20 sentyabr tarixlərində “Danışıqlar aparmaq texnikası üzrə” təlimdə Komitənin əməkdaşları iştirak etmişdir. Həmçinin Komitənin əməkdaşının CABİR tərəfindən həyata keçirilən 2013-cü il İsveçrə Liderlik mükafatına qalib olaraq 2013-cü ilin 29 iyun-06 iyul tarixlərində İsveçrədə yerləşən beynəlxalq təşkilatlar və İsveçrə hökumət idarələrinə səfəri təşkil olunmuşdur.

 

İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi (SECO)

 

2010-2011-ci illər ərzində “Azərbaycanda Əqli Mülkiyyət Hüquqlarının Təminatı” adlı SECO Layihəsi həyata keçirilmişdir. Azərbaycanda Əqli Mülkiyyət Hüquqlarının Təminatı üzrə birgə broşura bu layihə çərçivəsində hazırlanmışdır.

 

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır