| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
27282930
Təhlükəli məhsul
19.03.2015

Fiziki şəxs Rəsulov Vüqar Vilayət oğluna məxsus çiy dönər istehsalı ilə məşğul olan müəssisədə nöqsanlar aşkar edilmişdir - FOTO

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən  Sumqayıt şəhəri, 2 mkr, C.Cabbarlı küçəsi ev 31/70 ünvanında yerləşən  fiziki şəxs Rəsulov Vüqar Vilayət oğluna məxsus çiy dönər istehsalı ilə məşğul olan müəssisədə yoxlama aparılıb.

Araşdırma zamanı məlum olub ki,  müəssisədə istehsal olunan məhsulun normativ sənədləri, keyfiyyətini təsdiq edən uyğunluq sertifikatı və müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat yoxdur və məhsulun markalanması aparılmır. Həmçinin müəssisənin sanitar vəziyyəti qeyri-qənaətbəxşdir. Belə ki, müəssisənin tavanı və divarları kif təbəqə ilə örtülmüş, xammalın və hazır məhsulların saxlanması üçün lazimi şərait mövcud deyil, müəssisə gəmiricilərlə çirklənmişdir. Habelə məhsulun sınağını aparmaq üçün laboratoriya mövcud deyil və akkreditasiya olunmuş hər hansı bir laboratoriya ilə müqavilə bağlanmayıb. İstismarda olan 1 ədəd ölçmə vasitəsi də müqayisəli dövlət yoxlamasından keçməmişdir.

Yoxlama nəticəsində müəssisədə  istehsal dayandırılıb və qanunvericiliyə müvafiq tədbirlər görülüb.

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır