| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
12
3456789
10111213141516
17181920212223
24252627282930
Komitənin vəzifələri
Çap versiyası
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Komitənin aşağıdakı vəzifələri mövcuddur:

- müvafiq sahədə öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata keçirmək, həmin sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi ilə müvafiq işlər aparmaq;
- Azərbaycan Respublikasının müvafiq sahədə tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
- dövlət metroloji nəzarətini həyata keçirmək;
- dövlət kəmiyyət vahidləri etalonlarını təsdiq etmək;
- ölçmə vasitələrinin müqayisəli yoxlanmasını və kalibrlənməsini təmin etmək;
- hüquqi şəxslərin metroloji xidmətləri tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilən ölçmə vasitələrinin kalibrlənməsi və müqayisəli yoxlanması fəaliyyətinə nəzarət etmək;
- ölçmələrin yerinə yetirilməsi üsullarının attestasiyasını təmin etmək;
- çəkilib (ölçülüb) qablaşdırılmış mallar üzərində dövlət metroloji nəzarətini həyata keçirmək;
- ölçmə vasitələrinin dövlət sınaqlarını aparmaq;
- ölçmə vasitələrinin tipini təsdiq etmək və bu barədə müvafiq sənəd vermək;
- dövlət standartları, texniki şərtlər, sahə standartları, texniki-iqtisadi və sosial informasiya təsnifatları, beynəlxalq (regional) və dövlətlərarası standartlar və standartlaşdırma üzrə normalar, qaydalar və tövsiyələr, xarici ölkələrin milli standartları, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumatların dərcini təşkil etmək;
- texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fondunu öz səlahiyyətləri daxilində idarə etmək və təkmilləşdirmək;
- məhsulların texniki normativ hüquqi aktların tələblərinə uyğunluğuna dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanlarının müvafiq sahədə fəaliyyətlərini əlaqələndirmək;
- məhsulların istehsalı, saxlanılması, daşınması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi zamanı texniki reqlamentlərin, eləcə də onlarla qarşılıqlı əlaqəli olan dövlət standartlarının və ya texniki tənzimləmə və standartlaşdırma sahəsində digər texniki normativ hüquqi aktların məcburi tələblərinə, məhsul istehsalçısının məhsulun keyfiyyəti və təhlükəsizliyinə dair bəyan etdiyi göstəricilərə riayət olunmasına öz səlahiyyətləri daxilində dövlət nəzarətini həyata keçirmək;
- istehlak bazarının keyfiyyətsiz, təhlükəli və saxtalaşdırılmış mallardan qorunması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş tədbirləri həyata keçirmək;
- məhsulların (işlərin, xidmətlərin) uyğunluğunun qiymətləndirilməsi məqsədi ilə aparılan işləri əlaqələndirmək və onlara nəzarət etmək;
- məhsulların (işlərin, xidmətlərin) insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi və keyfiyyəti, ölçmələrin dəqiqliyi və vəhdəti haqqında istehlakçıların tam və səhih informasiyaya malik olmalarının təmin edilməsi üçün tədbirlər görmək;
- müvafiq texniki normativ hüquqi aktların hazırlanmasının və tətbiqinin, istehlakçıların bu barədə tam və səhih informasiya təminatının, standartlaşdırma sisteminin təkmilləşdirilməsinin təmin edilməsi üçün tədbirlər görmək;
- digər icra hakimiyyəti orqanlarının, habelə təsərrüfat subyektlərinin və qeyri-hökumət təşkilatlarının müvafiq sahə ilə bağlı fəaliyyətlərini əlaqələndirmək;
- hüquqi və fiziki şəxslər tərəfindən müvafiq sahədə texniki normativ hüquqi aktların məcburi tələblərinə əməl olunmasına öz səlahiyyətləri daxilində nəzarət etmək;
- Azərbaycan Respublikasının texniki normativ hüquqi aktlarının və ya Azərbaycan Respublikasında tanınan beynəlxalq, regional, dövlətlərarası və digər dövlətlərin standartlarının tələblərinə uyğun olmayan, insanın həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən məhsulların (işlərin, xidmətlərin) istehsalının, idxalının, satışa buraxılmasının, istifadəsinin və icrasının qarşısının alınması məqsədi ilə öz səlahiyyətləri daxilində tədbirlər görmək;
- istehlak bazarının texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış mallardan (işlərdən, xidmətlərdən) qorunması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
- Milli Uyğunluğun Təsdiqi Sisteminin təkmilləşdirilməsini, tətbiqini təmin etmək və onun tələblərinə riayət edilməsinə nəzarət etmək;
- məhsulların (işlərin, xidmətlərin) və keyfiyyəti idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə aparılan işləri əlaqələndirmək və onlara nəzarəti həyata keçirmək;
- Milli Akkreditasiya Sistemini yaratmaq, tətbiq etmək və təkmilləşdirmək, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyası üzrə işləri aparmaq və qanunvericiliyə uyğun olaraq onların fəaliyyətlərinə nəzarəti həyata keçirmək;
- texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların, akkreditasiya edilmiş sınaq və kalibrlənmə laboratoriyalarının, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının, sertifikatlaşdırılmış məhsulların (işlərin, xidmətlərin) və keyfiyyət sistemlərinin, tipi təsdiq edilmiş ölçmə vasitələrinin və ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərinin müvafiq dövlət reyestrlərini aparmaq;
- ixtira, faydalı model və sənaye nümunələrinin hüquqi mühafizəsini qanunvericiliyə uyğun olaraq təmin etmək;
- qanunvericiliklə müəyyən edilmiş qaydada ixtira, faydalı model, sənaye nümunəsi barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını həyata keçirmək, ixtiranın, faydalı modelin, sənaye nümunəsinin qeydiyyata alınması və ya patent verilməsindən imtina barədə qərarlar qəbul etmək, dövlət reyestrini aparmaq, müvafiq mühafizə sənədlərini vermək, onların qüvvədə saxlanılması üçün müvafiq tədbirlər görmək;
- ixtiranın, faydalı modelin və sənaye nümunəsinin ilkin istifadəçilərinin hüquqlarının tanınması barədə müraciətlərə baxmaq və müvafiq qərar qəbul etmək;
- ixtira, faydalı model, sənaye nümunəsi və əmtəə nişanı barəsində iddia sənədi və ya qeydə alınmış ixtira, faydalı model, sənaye nümunəsi və əmtəə nişanı üzrə hüquqların digər şəxslərə verilməsinə dair müqavilələri, onlardan istifadə hüququnun verilməsi ilə bağlı lisenziya müqavilələrini qeydiyyata almaq və onlar barədə məlumatları müvafiq dövlət reyestrinə və mühafizə sənədlərinə daxil etmək;
- patent müvəkkillərinin attestasiyasını və qeydiyyatını aparmaq;
texniki tənzimləmə və standartlaşdırma sahəsində texniki normativ hüquqi aktlar və ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəriciləri üzrə məlumatlar bankının avtomatlaşdırılmış sistemini yaratmaq;
- patent fondunun komplektləşdirilməsi sahəsində zəruri işləri həyata keçirmək;
- qanunvericiliklə müəyyən olunmuş hallarda elmi-texniki nailiyyətlərin, yeni texnologiya və avadanlıqların ixracı ilə əlaqədar rəylərin verilməsini təmin etmək;
- müvafiq müraciətlər əsasında əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatı, onlarda edilmiş dəyişikliklər və qeydiyyata xitam verilməsi barədə dövlət reyestrindən çıxarışlar vermək;
- ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəriciləri barədə dövlət reyestrlərinə daxil edilmiş məlumatları dərc etmək;
- əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydə alınması, hüquqi mühafizəsi və onlardan istifadə sahəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirmək;
- sənaye mülkiyyətinin mühafizəsi sahəsində, həmçinin patent müvəkkillərinin attestasiyası, qeydiyyatı və fəaliyyəti ilə bağlı yaranan mübahisələrə baxan Apellyasiya Şurasını yaratmaq və onun fəaliyyətini təmin etmək;
- akkreditasiya edilmiş uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanları tərəfindən qanunvericiliyə müvafiq olaraq təsərrüfat subyektlərinə uyğunluğun qiymətləndirilməsi sahəsində təsdiqedici sənədlər verilməsi zamanı qanunvericiliyə riayət olunmasına nəzarət etmək;
- strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə nəzarəti öz səlahiyyətləri daxilində həyata keçirmək;
- müvafiq sahə üzrə blankların nümunələrini öz səlahiyyətləri daxilində təsdiq etmək;
- müvafiq sahədə dövlət orqanları və hüquqi şəxslərlə, beynəlxalq təşkilatlarla, xarici hüquqi şəxslərlə əməkdaşlıq etmək, birbaşa danışıqlar aparmaq və ya danışıqların aparılmasında iştirak etmək, beynəlxalq müqavilələrin layihələrini hazırlamaq;
- qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;
- öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;
- müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
- texniki tənzimləmə, metrologiya və standartlaşdırma sahəsində texniki normativ hüquqi aktların tərtib edilməsi, onların qeydiyyata alınması və uçotu üçün tədbirlərin görülməsi;
- texniki normativ hüquqi aktlarda nəzərdə tutulan məhsullar üçün standart nümunələrinin müəyyən olunması və onların hazırlanmasını təşkil etmək;
- qanunvericiliklə müəyyən edilmiş fəaliyyət növlərinin həyata keçirilməsi zamanı məhsulun istehsalı və saxlanılması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üçün tətbiq olunan (olunacaq) avadanlıqların, texnoloji xətlərin (proseslərin) və ölçmə vasitələrinin texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu barədə rəy vermək;
- məhsulların texniki normativ hüquqi aktların tələblərinə uyğunluğuna dair xarici ölkələrin müvafiq qurumları tərəfindən verilmiş təsdiqedici sənədlərin tanınması ilə bağlı öz səlahiyyətləri daxilində tədbirlər görmək;
- Azərbaycan Respublikasının standartlaşdırma və sertifikatlaşdırma sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq keyfiyyət, ətraf mühit və digər idarəetmə sistemlərinin tətbiqi və sertifikatlaşdırılması ilə məşğul olan, habelə bu sistemlərin tətbiqi ilə bağlı konsaltinq xidmətləri göstərən qurumların Azərbaycan Respublikasının ərazisində həmin sahədə fəaliyyətinə razılıq vermək;
- qanunvericiliyə uyğun olaraq dövlət standartlaşdırma və ölçmələrin vəhdətinin təmin edilməsi sistemlərinin tətbiq olunması və bu sistemlərdə aparılan işlərin ümumi təşkilati-texniki qaydalarının müəyyən edilməsi;
- digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə təsərrüfat subyektləri və qeyri-hökumət təşkilatlarının təklifləri nəzərə alınmaqla, standartlaşdırma üzrə illik və perspektiv planları formalaşdırmaq, təsdiq etmək və yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Dövlət nəzarəti
21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

31.03.2017

“Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı...

daha ətraflı
VİDEO XƏBƏR
24.04.2015
26 Aprel Beynəlxalq Əqli Mülkiyyət günü münasibəti ilə “Azərbaycan 2020: Gələcəyə baxış: kreativlik, əqli mülkiyət və innovasiyalı inkişaf” mövzusunda konfrans keçirilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır