| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Sazişlər, müqavilələr, konvensiyalar
Çap versiyası
17.09.2014

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının "Sənaye nümunələrinin beynəlxalq təsnifatının təsisi haqqında Lokarno Sazişi"nə qoşulmaq barəsində

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 1968-ci il 8 oktyabr tarixli "Sənaye nümunələrinin beynəlxalq təsnifatının təsisi haqqında Lokarno Sazişi"nə qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2003-cü il 
              № 449-IIQ

ÜMUMDÜNYA ƏQLİ MÜLKİYYƏT TƏŞKİLATI

Sənaye nümunələrinin beynəlxalq təsnifatının təsisi haqqında

 LOKARNO SAZİŞİ

1968-ci il oktyabrın 8-də Lokarnoda imzalanmışdır

 

Maddə 1

Xüsusi ittifaqın yaradılması; Beynəlxalq təsnifatın qəbul olunması

 

 (1) Bu Sazişin tətbiq olunduğu ölkələr Xüsusi ittifaq yaradırlar.

 (2) Onlar sənaye nümunələrinin vahid təsnifatını qəbul edirlər (bundan sonra — Beynəlxalq təsnifat).

 (3). Beynəlxalq təsnifata daxildir:

 (i) siniflərin və yarımsiniflərin siyahısı;

 (ii) siniflər və yarımsiniflər göstərilməklə sənaye nümunələrini təcəssüm etdirən əmtəələrin əlifba siyahısı;

 (iii) izah.

 (4) Siniflər və yarımsiniflər, 3-cü maddəyə uyğun təsis olunan ekspertlər komitəsi (bundan sonra — ekspertlər Komitəsi) tərəfindən verilə  bilən düzəlişlər və əlavələr nəzərə alınmaqla bu Sazişə qoşulan siyahıdan ibarətdir.

 (5) Əmtəələrin əlifba siyahısı və izahlar, 3-cü maddədə müəyyən edilən prosedura uyğun ekspertlər komitəsi tərəfindən qəbul olunur.

 (6) Beynəlxalq təsnifat, 3-cü maddədə müəyyən edilən prosedura uyğun, ekspertlər komitəsi tərəfindən dəyişdirilə və ya ona əlavələr edilə  bilər.

 (7) (a) Beynəlxalq təsnifat ingilis və fransız dillərində işlənib hazırlanır.

 (b) Beynəlxalq təsnifatın rəsmi mətnləri, maraqlı hökumətlərlə məsləhətləşmələrdən sonra 5-ci maddədə göstərilən Assambleyanın  müəyyən etdiyi başqa dillərdə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (bundan sonra — «Təşkilat») təsis edən Konvensiyada  köstərilən əqli mülkiyyətin Beynəlxalq bürosu (bundan sonra — «Beynəlxalq büro») tərəfindən hazırlanır.

 

Maddə 2

Beynəlxalq təsnifatın tətbiqi və hüquqi əhəmiyyəti

 

 (1) Beynəlxalq təsnifat, bu Sazişdən irəli gələn öhdəliklər nəzərə alınmaqla sırf inzibati sənəd xarakteri daşıyır. Bununla belə, hər bir ölkə  ona öz istədikləri kimi hüquqi əhəmiyyət verə bilər. Xüsusən, Beynəlxalq təsnifat Xüsusi ittifaq ölkələrində sənaye nümunələrinin hüquqi  mühafizəsinin həcmi və görünüşü ilə bağlı onları əlaqələndirmir.

 (2) Xüsusi ittifaqın hər bir ölkəsi Beynəlxalq təsnifatdan əsas və ya əlavə sistem kimi istifadə etmək hüququnu özündə saxlayır.

 (3) Xüsusi ittifaq ölkəsinin idarələri, sənaye nümunələrinin depozitə qoyulması və ya qeydiyyata alınması barədə rəsmi sənədlərdə, əgər onlar  dərc olunubsa — nəşrdə, sənaye nümunələrini təcəssüm etdirən əmtəələrin aid edildiyi Beynəlxalq təsnifatın siniflərinin və ya  yarımsiniflərinin nömrələrini göstərir.

 (4) Ekspertlər komitəsi, əmtəələrin əlifba sayahısına daxil edilməsi üçün adların seçilməsi zamanı, müstəsna hüququn predmeti ola bilən  adlaran istifadə etməməyə səy göstərir. Bununla belə, əlifba sırasına istənilən terminin daxil edilməsi, bu terminin müstəsna hüququn  predmeti olub-olmaması barədə ekspertlər komitəsinin mövqeyi kimi yozula bilməz.

 

Maddə 3

Ekspertlər komitəsi

 

 (1) Beynəlxalq büronun nəzdində üzərinə 1(4), 1(5) və 1(6) maddələrində göstərilən vəzifələr qoyulan ekspertlər komitəsi təsis edilir. Xüsusi  ittifaqın hər bir ölkəsi Ekspertlər komitəsində təmsil olunur və bu komitənin fəaliyyəti təmsil olunan ölkələrin sadə səs çoxluğu ilə qəbul  olunan prosedur qaydalarına uyğun müəyyən edilir.

 (2) Ekspertlər komitəsi əlifba siyahısını və onun izahlarını Xüsusi ittifaq ölkələrinin sadə səs çoxluğu ilə qəbul edir.

 (3) Beynəlxalq təsnifata düzəlişlərin və ya əlavələrin edilməsi barədə təklifləri Xüsusi ittifaq istənilən ölkəsinin idarəsi və ya Beynəlxalq büro  irəli sürə bilər. İdarənin irəli sürdüyü hər hansı təklif həmin idarə tərəfindən Beynəlxalq büroya göndərilir. İdarənin və Beynəlxalq büronun  təklifləri, ekspertlər komitəsinin üzvlərinə, həmin məsələlərə görə çağrılan komitənin sessiyasına ən geci iki ay qalmış göndərilir.

 (4) Beynəlxalq Təsnifata düzəlişlərin və ya əlavələrin edilməsinə dair ekspertlər komitəsinin qərarları Xüsusi ittifaq ölkələrinin sadə səs  çoxluğu ilə qəbul olunur. Bununla belə, əgər qərar yeni sinifin yaranması və ya əmtəələrin bir sinifdən digər sinifə keçirilməsi ilə bağlı olarsa,  yekdillik tələb olunur.

 (5) Hər bir ekspert yazışma yolu ilə səs vermək hüququna malikdir.

 (6) Əgər hər hansı ölkə ekspertlər komitəsinin iclasına öz nümayəndəsini təyin etmirsə və ya təyin olunmuş ekspert iclas vaxtı və ya  ekspertlər komitəsinin prosedur qaydalarına uyğun müəyyən edilən müddət ərzində səs vermirsə, onda hesab edilir ki, həmin ölkə komitənin  qərarını qəbul edir.

 

Maddə 4

Bildiriş, təsnifatın dərci, ona düzəlişlər və əlavələr

 

 (1) Ekspertlər komitəsi tərəfindən qəbul olunan əmtəələrin əlifba siyahısı və izahlar, həmçinin Beynəlxalq təsnifata edilən istənilən  dəyişikliklər və əlavələr barədə ekspertlər komitəsinin qəbul etdiyi qərarlar, büro tərəfindən Xüsusi ittifaq ölkələrinin idarələrinə göndərilir.  Ekspertlər komitəsinin qərarları bildirişin alındığı tarixdən qüvvəyə minir. Lakin bu qərarlar yeni sinifin yaradılması və ya əmtəələrin bir  sinifdən digərinə keçirilməsi ilə bağlı olduqda isə həmin qərarlar bildirişin göndərildiyi tarixdən altı ay sonra qüvvəyə minir.

 (2) Beynəlxalq təsnifatın depozitoru kimi Beynəlxalq büro qüvvəyə minən dəyişiklikləri və əlavələri Beynəlxalq təsnifata daxil edir. Bu cür  dəyişikliklər və əlavələr barədə məlumatlar, Assambleyanın müəyyən etdiyi nəşrlərdə dərc olunur.

 

Maddə 5

Xüsusi ittifaqın Assambleyası

 

 (1) (a) Xüsusi ittifaq, Xüsusi ittifaq ölkələrindən ibarət Assambleyaya malikdir.

 (b) Xüsusi ittifaqın hər bir ölkəsinin hökuməti bir nümayəndə ilə təmsil olunur. Nümayəndənin müavinləri, müşavirləri və ekspertləri  ola bilər.

 (c) Hər bir nümayəndənin xərcini onu təyin edən hökumət ödəyir.

 (2) (a) Assambleya 3-cü maddənin müddəalarını nəzərə almaqla:

 (i) Xüsusi ittifaqın saxlanılması və inkişafı, bu Sazişin tətbiqi ilə bağlı bütün məsələlərə baxır;

 (ii) yenidən baxılma üzrə konfransların təşkili ilə bağlı Beynəlxalq büroya göstərişlər verir;

 (iii) Xüsusi ittifaqla bağlı Təşkilatın baş direktorunun (bundan sonra — «Baş direktor») fəaliyyətinə görə hazırlanan hesabata  baxır və onu təsdiq edir və Xüsusı ittifaqın səlahiyyətinə dair məsələlərlə əlaqədar ona lazımi təlimatları verir;

 (iv) proqramları müəyyən edir, Xüsusi ittifaqın üç illik büdcəsini qəbul edir və onun maliyyə hesabatını təsdiq edir;

 (v) Xüsusi ittifaqın maliyyə reqlamentini təsdiq edir;

 (vi) ingilis və fransız dillərindən başqa Beynəlxalq təsnifatın rəsmi mətnlərinin digər dillərdə hazırlanması məsələsini həll edir;

 (vii) 3-cü maddəyə uyğun yaradılan ekspertlər komitəsi ilə yanaşı, Xüsusi ittifaqın məqsədlərini həyata keçirmək üçün zəruri  sayılan başqa ekspertlər komitəsini və işçi qrupları yaradır;

 (viii) Xüsusi ittifaqa üzv olmayan ölkələrdən, hökumətlərarası və Beynəlxalq qeyri-hökumət təşkilatlarından hansıların onun  iclaslarına müşahidəçi kimi dəvət olunmasını müəyyən edir;

 (ix) 5—8-ci maddələrə düzəlişlər qəbul edir;

 (x) Xüsusi ittifaqın məqsədlərinin həyata keçirilməsi istiqamətində ona digər zəruri köməklikləri göstərir;

 (xi) bu Sazişdən irəli gələn digər funksiyaları yerinə yetirir;

 (b) Təşkilat tərəfindən rəhbərliyin həyata keçirildiyi başqa ittifaqlar üçün maraq kəsb edən məsələlər üzrə Assambleya, Təşkilatın  koordinasiya komitəsinin fikrini dinləyərək qərar qəbul edir.

 (3) (a) Assambleyaya üzv olan hər ölkə bir səsə malikdir.

 (b) Assambleyaya üzv olan ölkələrin yarısı yetərsay təşkil edir.

 (c) (b) yarımbəndinin müddəalarına baxmayaraq, hər hansı sessiyada təmsil olunan ölkələr yarıdan az, lakin Assambleyaya üzv olan  ölkələrin üçdə birinə bərabər və ya ondan artıq olarsa, Assambleya qərarlar qəbul edə bilər, lakin Assambleyanın bu cür qərarları,  onun özünə məxsus prosedur qaydalarına aid qərarları istisna olmaqla, yalnız aşağıdakı şərtlər daxilində qüvvəyə minir. Beynəlxalq  büro Assambleyanın işində iştirak etməyən, Assambleyaya üzv olan ölkələrə həmin qərararı göndərir və qərarların göndərilmə  tarixindən üç ay ərzində onun lehinə, əleyhinə səs verməsi və ya bitərəf qalmasına dair yazılı bildiriş göndərməyi onlardan xahiş edir.  Verilən müddət ötdükdən sonra səsvermədə iştirak edən və ya bitərəf qaldıqlarını bildirən ölkələrin sayı sessiyanın işində yetərsay  şərtini ödəyirsə, bu cür qərarlar eyni zamanda zəruri çoxluq şərtini saxlamaqla qüvvəyə minir.

 (d) Assambleya 8(2) maddəsinin müddəalarını nəzərə alamaqla, verilən səslərin üçdə iki artığı ilə öz qərarını qəbul edir.

 (e) səsvermədə bitərəf qalanların səsləri nəzərə alınmır.

 (f) Nümayəndə yalnız bir dövləti təmsil edə bilər və onun adından səs verə bilər.

 (4) (a) Assambleya, baş direktorun çağırışına uyğun üç ildə bir dəfə növbəti sessiyaya, istisna hallardan başqa, Təşkilatın baş  Assambleyasının yerləşdiyi yerdə və eyni vaxtda yığışır.

 (b) Assambleya, Assambleyaya üzv olan ölkələrin dörddə birinin tələbinə görə baş direktor tərəfindən çağrılan fövqəladə sessiyaya  yığışır.

 (c) Hər sessiyanın gündəliyi baş direktor tərəfindən hazırlanır.

 (5) Assambleya özünün prosedur qaydalarını qəbul edir.

 

Maddə 6

Beynəlxalq büro

 

 (1) (a) Xüsusi ittifaqın inzibati vəzifələrini Beynəlxalq büro həyata keçirir.

 (b) Beynəlxalq büro xüsusən iclasları təşkil edir və Assambleyanın, ekspertlər komitəsinin və Assambleya və ekspertlər komitəsi  tərəfindən yaradılan bu cür başqa ekspertlər komitəsinin və işçi qrupların katiblik funksiyalarını yerinə yetirir.

 (c) Baş direktor Xüsusi ittifaqın yüksək vəzifəli şəxsidir və Xüsusi ittifaqı təmsil edir.

 (2) Baş direktor və onun təyin etdiyi istənilən heyət üzvü Assambleyanın, ekspertlər komitəsinin və Assambleya və ekspertlər komitəsi  tərəfindən yaradılan bu cür başqa komitələrin və işçi qrupların bütün iclaslarında səsvermə hüququna malik olmadan iştirak edirlər. Baş  direktor və onun təyin etdiyi istənilən heyyət üzvü bu təşkilatların ex officio katibləridir.

 (3) (a) Beynəlxalq büro Assambleyanın göstərişinə uyğun olaraq, 5—8-ci maddələr istisna olmaqla bu Sazişin qaydalarına yenidən  baxılma üzrə konfransları təşkil edir.

 (b) Beynəlxalq büro yenidən baxılma üzrə konfransların təşkili məsələləri ilə əlaqədar hökumətlərarası və Beynəlxalq qeyri-hökumət  təşkilatları ilə məsləhətləşmələr apara bilər.

 (c) Baş direktor və onun təyin etdiyi şəxs yenidən baxılma üzrə konfransların işində səsvermə hüququna malik olmur.

 (4) Beynəlxalq büro onun qarşısında qoyulan istənilən tapşırıqları yerinə yetirir.

 

Maddə 9

Maliyyə

 

 (1) (a) Xüsusi ittifaq büdcəyə malikdir.

 (b) Xüsusi ittifaqın büdcəsi, Xüsusi ittifaqa daxilolmalardan və xərclərdən. onun ittifaqlar üçün ümumi olan büdcə xərclərinə üzvlük  haqqından, həmçinin müvafiq hallarda, Təşkilatın konfransı tərəfindən büdcəyə ayırmalardan ibarətdir.

 (c) ittifaqlar üçün ümumi olan xərclər yalnız Xüsusi ittifaqa aid xərclər yox, eyni zamanda Təşkilatın rəhbərlik etdiyi bir və ya bir neçə  başqa ittifaqlara aid olan büdcə xərcləri hesab edilir. Xüsusi ittifaqın bu ümumi xərclərdəki payı, onun bu xərclərdəki maraqlarına  uyğundur.

 (2) Xüsusi ittifaqın büdcəsi, Təşkilatın rəhbərlik etdiyi başqa ittifaqların büdcələrinin koordinasiyası tələbi nəzərə alınmaqla qəbul olunur.

 (3) Xüsusi ittifaqın büdcəsi aşağıdakı mənbələrdən maliyyələşir:

 (i) Xüsusi ittifaq ölkələrinin üzvlük haqqlarından;

 (ii) Xüsusi ittifaqa aid olan və Beynəlxalq büro tərəfindən göstərilən xidmətlər üçün yığım və ödənişlərdən;

 (iii) Xüsusi ittifaqa aid nəşrlərin Beynəlxalq büro tərəfindən satılmasına və bu cür nəşrlərlə bağlı hüquqların verilməsinə görə  daxilolmalardan;

 (iv) ianələrdən, vəsiyyət olunmuş vəsaitlərdən və subsidiyalardan;

 (v) rentadan, faizlərdən və başqa gəlirlərdən.

 (4) (a) Xüsusi ittifaq ölkələrinin hər biri üçün (3)(i) bəndində göstərilən üzvlük haqqı müəyyən edilərkən, o, sənaye mülkiyyətinin  mühafizəsi üzrə Paris konvensiyasında həmin ölkələr üçün müəyyənləşdirilən siniflərə uyğunlaşdırılır və ölkələr Paris konvensiyasında  həmin siniflərə görə müəyyən edilən məbləğdə illik üzvlük haqqı ödəyirlər.

 (b) Xüsusi ittifaq ölkələrindən hər birinin illik üzvlük haqqı, bütün ölkələr tərəfindən Xüsusi ittifaqın büdcəsinin ödənilən üzvlük  haqqının ümumi məbləğinə aid olmaqla onun məbləğ vahidi, ölkənin ödədiyi bütün üzvlük haqlarının ümumi məbləğ vahidinə  bərabərdir.

 (c) üzvlük haqqı hər il yanvarın birindən başlayaraq ödənilir.

 (d) üzvlük haqqının ödənilməsi ilə bağlı borcu olan ölkə Xüsusi ittifaqın istənilən orqanında səsvermə hüququndan məhrum olur, o  şərtlə ki, onun borcu ötən iki il üçün müəyyən olunan üzvlük haqqının məbləğinə bərabər və ya ondan artıq olsun. Lakin Xüsusi  ittifaqın istənilən orqanı bu cür ölkəyə səsvermə hüququndan istifadə etməyə icazə verə bilər, o halda ki, ödənişin aparılmamasının  səbəbinin istisna və qarşısıalınmaz hal nəticəsində yarandığına əmin olsun.

 (e) Büdcə yeni maliyyə ilinin əvvəlinə qəbul olunmadığı halda, maliyyə reqlamentində nəzərdə tutulan qaydaya uyğun olaraq, büdcə  ötən ilin səviyyəsində qüvvədə olur.

 (5) Xüsusi ittifaqın adından Beynəlxalq büronun göstərdiyi xidmətlərə görə yığım və ödənişlərin həcmi baş direktor tərəfindən müəyyən  edilir və o, bu barədə Assambleyada məruzə edir.

 (6) (a) Xüsusi ittifaq dövriyyə vəsaitləri fonduna malik olur. Bu fond Xüsusi ittifaqın hər bir ölkəsi tərəfindən birdəfəlik ödənilən vəsaitlər  hesabına yaranır. Əgər dövriyyə vəsaitləri fondu az olarsa, onda Assambleya onun artırılması məsələsini həll edir.

 (b) Göstərilən fonda hər bir ölkənin ödədiyi ilkin ödənişin həcmi və ya fondun artırılması ilə əlaqədar onun payı, fondun yarandığı və  ya onun artırılması barədə qərarın qəbul edildiyi ildə, həmin ölkənin ödədiyi üzvlük haqqı ilə mütənasibdir.

 (c) Bu nisbət və ödəmə şərtləri, Təşkilatın koordinasiya komitəsinin fikri dinlənildikdən sonra baş direktorun hazırladığı təklifə uyğun  Assambleya tərəfindən müəyyən edilir.

 (7) (a) Ərazisində Təşkilatın iqamətgahının yerləşdiyi ölkə ilə iqamətgah haqqında bağlanan Sazişdə nəzərdə tutulur ki, əgər dövriyyə  vəsaitləri fondu az olarsa, onda həmin ölkə avans qoyur. Avansın məbləği və verilmə şərtləri bu ölkə ilə Təşkilat arasında hər bir ayrıca  hal üçün bağlanan xüsusi Sazişin predmetidir.

 (b) İstər (a) yarımbəndində göstərilən ölkə və istərsə də Təşkilat yazılı bildiriş verməklə avansların verilməsi ilə əlaqədar öhdəlikləri  denonsasiya edə bilər. Denonsasiya barədə qərar, bildirişin verildiyi il başa çatdıqdan üç il sonra qüvvəyə minir.

 (8) Maliyyə təftişi maliyyə reqlamenti qaydalarına uyğun, Xüsusi ittifaqın bir və ya bir neçə ölkəsi, yaxud da onların razılığı ilə Assambleya  tərəfindən təyin edilən kənar müfəttişlər tərəfindən həyata keçirilir.

 

Maddə 8

5—8-ci maddələrə düzəlişlər

 

 (1) 5—7-ci maddələrə və bu maddəyə düzəlişlərin daxil edilməsinə dair təkliflər Xüsusi ittifaqın istənilən ölkəsi və ya baş direktor tərəfindən  verilə bilər. Baş direktor tərəfindən bu cür təkliflər, Assambleyada onların baxılmasına ən azı altı ay qalmış Xüsusi ittifaq ölkələrinə  göndərilir.

 (2) (1) bəndində nəzərdə tutulan maddələrə verilən düzəlişlər Assambleyada səslərin dörddə üç artığı ilə qəbul olunur; lakin 5-ci maddəyə və  bu bəndə verilən düzəlişlər isə səslərin beşdə dörd artığı ilə qəbul olunur.

 (3) (1) bəndində nəzərdə tutulan maddələrə istənilən düzəliş, həmin vaxt Xüsusi ittifaqa üzv olan hər bir ölkənin konstitusiya prosedurlarına  uyğun həyata keçirilərək qəbul olunan və bu ölkələrin dörddə üçünün onun qəbul olunması barədə yazılı bildirişini baş direktor aldığı  tarixdən bir ay sonra qüvvəyə minir. Bu yolla göstərilən maddədə qəbul olunan istənilən düzəliş, düzəlişin qüvvəyə mindiyi vaxtda  Assambleyaya üzv olan və ya həmin düzəlişin qəbul olunduğu tarixdən sonra ona üzv olan ölkələr tərəfindən zəruri öhdəlik kimi qəbul  olunmalıdır; lakin Xüsusi ittifaqın maliyyə öhdəliyini artıran istənilən düzəliş yalnız o ölkələrə şamil edilir ki, həmin ölkə onu qəbul etməsi  barədə yazılı bildiriş verir.

 

Maddə 9

Ratifikasiya olunma və qoşulma; qüvvəyə minmə

 

 (1) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyasının iştirakçısı olan və bu Sazişi imzalayan istənilən ölkə onu ratifikasiya edə  bilər, Sazişi imzalamayan ölkə isə ona qoşula bilər.

 (2) Ratifikasiya bəyannaməsi və ya qoşulma aktı saxlanılmaq üçün baş direktora verilir.

 (3) (a) Bu Saziş, ratifikasiya bəyannaməsini və ya qoşulma aktını saxlanılmaq üçün verən ilk beş ölkədən, beşinci ölkənin ratifikasiya  bəyannaməsi və ya qoşulma aktı saxlanılmaq üçün daxil olduğu tarixdən üç ay sonra qüvvəyə minir.

 (b) Bu Saziş istənilən başqa ölkələr üçün, Sazişi ratifikasiya edən və ya ona qoşulan ölkələr barədə baş direktorun yaydığı bildiriş  tarixindən üç ay sonra, əgər həmin ölkə ratifikasiya bəyannaməsində və qoşulma aktında daha gec tarix göstərilməyibsə qüvvəyə minir.  Axırıncı halla bağlı bu Saziş ölkənin göstərdiyi tarixdən qüvvəyə minir.

 (2) Ratifikasiya etmə və ya qoşulma avtomatik olaraq bu Sazişdən irəli gələn bütün müddəaların tanınmasına və bütün üstünlüklərin  alınmasına səbəb olur.

 

Maddə 10

Sazişin qüvvəsi və qüvvədə olma müddəti

 

 Bu Sazişin qüvvəsi və qüvvədə olma müddəti, sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyası ilə eynidir.

 

Maddə 11

1—4 və 9—15-ci maddələrə yenidən baxılma

 

 (1) Bu Sazişin 1—4 və 9—15-ci maddələri yaxşılaşma istiqamətində düzəlişlərə məruz qala bilər.

 (2) Hər yenidən baxılma Xüsusi ittifaq ölkələrinin nümayəndələrinin iştirak etdiyi konfranslarda həyata keçirilir.

 

Maddə 12

Denonsasiya

 

 (1) İstənilən ölkə baş direktora bildiriş göndərməklə bu Sazişi denonsasiya edə bilər. Sazişin denonsasiya olunması yalnız onu bildirən  ölkəyə şamil edilir, Xüsusi ittifaqın başqa ölkələrinə görə Saziş öz qüvvəsini saxlayır və yerinə yetirilməlidir.

 (2) Denonsasiya, baş direktorun bildiriş aldığı gündən bir il sonra qüvvəyə minir.

 (3) Bu maddədə göstərilən denonsasiya hüququndan, Xüsusi ittifaqa üzv olan ölkə, üzv olma tarixindən etibarən beş il müddət ötməyənə  kimi istifadə edə bilməz.

 

Maddə 13

Ərazi

 

 Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyasının 24-cü maddəsinin müddəaları bu Sazişə tətbiq olunur.

 

Maddə 14

İmzalanma, dillər, bildiriş

 

 (1) (a) Bu Saziş ingilis və fransız dillərində bir nüsxədə imzalanır və hər iki mətn tamamilə eyni qüvvəyə malikdir. Saziş saxlanılmaq üçün  İsveçrə hökumətinə verilir.

 (b) Bu Saziş Berndə 30 iyun 1969-cu il tarixə kimi imzalanmaq üçün açıqdır.

 (2) rəsmi mətn, Baş direktor tərəfindən maraqlı hökumətlərlə məsləhətləşmələr aparıldıqdan sonra Assambleyanın müəyyən etdiyi başqa  dillərdə tərtib edilir.

 (3) Baş direktor imzalanmış Sazişin mətninin İsveçrə hökuməti tərəfindən təsdiqlənmiş iki ədəd surətini onu imzalayan bütün ölkələrin  hökumətlərinə və sorğu əsasında isə başqa ölkələrin hökumətlərinə göndərir.

 (4) Baş direktor bu Sazişi birləşmiş Millətlər Təşkilatının katibliyində qeydiyyatdan keçirir.

 (5) Baş direktor Xüsusi ittifaq ölkələrinin hökumətlərinə bu Sazişin qüvvəyə mindiyi tarix, onun imzalanması, ratifikasiya bəyannaməsinin  və qoşulma aktının saxlanılmaq üçün verilməsi, bu Sazişə düzəlişlərin qəbul edilməsi, həmin düzəlişlərin qüvvəyə minmə tarixləri və etibarsız  sayılma ilə bağlı verilən bildirişlər barədə məlumatlar göndərir.

 

Maddə 15

Keçid müddəaları

 

 Birinci baş direktor vəzifəsinə başlayana kimi, Təşkilatın Beynəlxalq bürosuna görə bu Sazişə və ya baş direktora edilən istinadlar, əqli  mülkiyyətin mühafizəsi üzrə birləşmiş Beynəlxalq büroya və ya müvafiq şəkildə onların direktorlarına olunan istinad kimi hesab edilir.

 

 

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır