| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
2728
Ümumi məlumat
Çap versiyası

Azərbaycan Respublikasının Standartlaşdırma, metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən aparılan fəaliyyətlər sınaq və kalibrləmə laboratoriyalarının və sertifikatlaşdırma üzrə orqanların akkreditasiyası sektorları tərəfindən həyata keçirilir:

Sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiyası sektoru Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sınaq və kalibrləmə laboratoriyalarının texniki səlahiyyətliliyə və ya müstəqilliliyə, sertifikatlaşdırma üzrə orqanların akkreditasiyası sektoru isə keyfiyyəti idarə etmə sistemlərinin tətbiqi və sertifikatlaşdırılması ilə məşğul olan orqanların fəaliyyətlərinin razılaşdırılması və məhsulların, idarəetmə sistemlərinin, personalların və inspeksiya xidmətlərini göstərən uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiya edilməsi ilə bağlı işləri həyata keçirir.

Hazırda Dövlət Reyestrində 170 akkreditasiya olunmuş laboratoriya qeydiyyata alınmışdır. (130 texniki səlahiyyətliliyə, 40 texniki səlahiyyətliliyə və müstəqilliliyə görə). Bu laboratoriyalar arasında 78 yeyinti məhsulları üzrə, 22 neft-kimya sahəsində, 17 maşınqayırma sahəsində, 12 inşaat materialları sahəsində, 40 kalibrləmə laboratoriyası, 21 digər sahələr üzrə fəaliyyət göstərir.

Azərbaycan Respublikası ərazisində 7 keyfiyyəti idarə etmə sistemlərini sertifikatlaşdıran orqanın fəaliyyəti razılaşdırılmış, 2 keyfiyyəti idarə etmə sistemlərinin, 1 personalın, 9 oxşar məhsulların və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanın və 1 inspeksiya xidmətləri göstərən orqanın akkreditasiya edilməsi ilə bağlı işlər həyata keçirilmişdir. İdarəetmə sistemlərinin yaradılması sahəsində konsaltinq fəaliyyəti üzrə 3 təşkilatın səriştəliyi təsdiq edilmiş və AZS Milli Sertifikatlaşdırma sistemində qeydiyyatı aparılaraq onlara şəhadətnamələr verilmişdir.

Azərbaycanda Milli Akkreditasiya Sisteminin qurulması yeni təcrübədir və bu sahədə inkişaf günbəgün artmaqdadır. İlk mərhələdə, Milli Sertifikatlaşdırma sisteminə daxil olan, sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının akkreditasiyasını həyata keçirən yüksək ixtisaslı kadrlardan formalaşmış Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2009-cu il tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında" Əsasnamənin 8.25-ci bəndinə əsasən Milli Akkreditasiya Sistemini yaratmaq, tətbiq etmək və təkmilləşdirmək Komitənin vəzifələrinə aid edilmişdir. Hazırda Dövlət Akkreditasiya Xidmətinin əsas prinsiplərini, strukturunu özündə əks etdirən "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının qanunu qəbul olunmuşdur. "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" qanun Avropanın və beynəlxalq akkreditasiya təşkilatlarının beynəlxalq səviyyədə razılaşdırılmış standartlarına və müşaiətedici rəhbər sənədlərinə əsasən sınaq, kalibrləmə, sertifikatlaşdırma (məhsullar, idarəetmə sistemləri və personal) və inspeksiya xidmətlərini göstərən uyğunluğun qiymətləndirilməsi orqanlarının qiymətləndirilməsini tənzimləyir. Bu qanunun məqsədi Azərbaycan Respublikasındakı akkreditasiya olunmuş uyğunluğun qiymətləndirilməsi orqanları tərəfindən müvafiq sertifikatları vermək, sınaq və inspeksiya hesabatlarının qarşılıqlı tanınmasını təmin etmək, akkreditasiya vasitəsilə mümkün dərəcədə ticarətdə texniki maneələri azaltmaq və ya aradan qaldırmaq və Azərbaycan Respublikasının Akkreditasiya sistemini Avropa və beynəlxalq akkreditasiya sisteminə uyğunlaşdırmaqdan ibarətdir.

Azərbaycanda yaradılan Milli Akkreditasiya sisteminin əsas meyarları aşağıdakılardır:
- Azərbaycan akkreditasiya sisteminin zəruri etibarlılığına nail olmaq məqsədilə akkreditasiyanı tədricən beynəlxalq tanınma səviyyəsinə çatdıracaq zəruri proseslər ilə təmin etmək;
- Milli akkreditasiya sistemini Avropa və Beynəlxalq təcrübəyə uyğunlaşdırmaq;
- Başqa ölkələrlə, regional və beynəlxalq təşkilatlarla qarşılıqlı tanınma və əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli sazişlərin imzalanması məqsədilə ilkin şərtləri müəyyən etmək və bu şərtlərin ödənilməsini təmin etmək;
- Azərbaycanda və xaricdə peşəkar istifadəçilər, istehlakçılar və təchizatçılar üçün tərəfdaş kimi çıxış edəcək akkreditasiya sisteminin qurulması yolu ilə Azərbaycanın təsərrüfat subyektlərinin Milli və beynəlxalq bazarda mövqeyini yaxşılaşdırmaq;
- Ticarətdə lüzumsuz maneələri aradan qaldırmaq, məhsulların və xidmətlərin təkrar inspeksiyasından, sertifikatlaşdırılmasından, sınaq və kalibirlənməsindən yayınmaq;
- Kalibrləmə, sınaq, sertifikatlaşdırma və inspeksiya xidmətləri göstərən akkreditasiya olunmuş uyğunluğun qiymətləndirilməsi orqanlarının səriştəliyinin beynəlxalq səviyyədə tanınmasına nail olmaq və bu tanınmanı genişləndirmək;
- Akkreditasiya olunmuş uyğunluğun qiymətləndirilməsi orqanlarının Milli və beynəlxalq səviyyədə tanınması məqsədi ilə səriştəliliyinin sübuta yetirilə bilinməsi üçün zəruri vasitələrlə təmin etmək;
- Bütün istifadəçilərin ehtiyaclarına cavab verə bilinməsi üçün Azərbaycanda yerinə yetrilmiş kalbrləmə, sınaq, sertifikatlaşdırma və inspeksiyaların etibarlılığını və dəyərliliyini artırmaq;
- Texniki reqlamentlərin, istinad edilmiş standartların və digər texniki spesifikasiyaların icrasına dəstək vermək məqsədilə, akkreditasiya yolu ilə zəruri uyğunluğun qiymətləndirilməsi xidmətlərini təsis etmək;
- Eyni müvafiq beynəlxalq standartlara uyğun olaraq işləyən xarici akkredityasiya orqanları ilə əməkdaşlıq və qarşılıqlı tanınmanın yaradılması və qorunub saxlanılması.

Hazırda Milli Akkreditasiya Sistemində akkreditasiya ilə əlaqədar işlərin aparılması üçün mövcud qanunvericiliyə uyğunlaşdırılmış, harmonizə edilmiş beynəlxalq standartların Azərbaycan dilinə tərcümə edilərək Milli standart kimi qəbul edilən sənədlərdən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında» 01.07.93-cü il tarixli 343 №-li Qərarı ilə Milli sertifikatlaşdırma sistemi sənədlərindən istifadə edilir.

Müvafiq fəaliyyət sahəsinə uyğun olaraq beynəlxalq tələblər əsasında hazırlanmış Milli Akkreditasiya Sisteminin sənədlərindən Milli standart kimi qeydiyyata alınan sənədlər: AZS 11.1.005-2010 "Keyfiyyəti idarəetmə sisteminin sertifikatlaşdırılması üzrə orqanlar. Tələblər və akkreditasiya qaydaları", AZS 11.1.006-2010 "Oxşar məhsulların və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlar. Tələblər və akkreditasiya qaydaları", AZS 11.1.007-2010 "Heyətin sertifikatlaşdırılması üzrə orqanın akkreditasiyası qaydaları", AZS İSO 17020-2008 "İnspeksiya aparan müxtəlif növ orqanların əməliyyatı üçün ümumi meyar".

Milli Akkreditasiya Sistemində Milli standart kimi qediyyata alınması üçün ekspertizaya təqdim olunan sənədlər: AZS 11.1.001-2010 "Əsas müddəalar", AZS 11.1.003-2010 "Reyestr. Əsas müddəalar".

Planda müvafiq fəaliyyət sahəsinə uyğun olaraq beynəlxalq tələblər əsasında Milli Akkreditasiya Sisteminin sənədlər toplusu hazırlanıb tətbiq ediləcəkdir.

Milli akkreditasiya sistemində sertifikatlaşdırma orqanlarının (keyfiyyətin, ətraf mühitin və digər idarəetmə sistemlərinin), inspeksiya fəaliyyəti ilə məşğul olan orqanların və sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiya olunması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
- uyğunluğun qiymətləndirilməsi orqanının (sınaq və kalibrləmə laboratoriyasının) akkreditasiya olunması üçün sifariş;
- sınaq və kalibrləmə laboratoriyasının pasportu;
- uyğunluğun qiymətləndirilməsi orqanının (sınaq və kalibrləmə laboratoriyasının) Əsasnaməsi;
- uyğunluğun qiymətləndirilməsi orqanının (sınaq və kalibrləmə laboratoriyasının) Keyfiyyət üzrə rəhbərlik sənədi;
- uyğunluğun qiymətləndirilməsi orqanının (sınaq və kalibrləmə laboratoriyasının) Akkreditasiya sahəsi və lazım olduğu hallarda orqanın fəaliyyət sahəsinə uyğun olaraq digər sənədlər də tələb oluna bilər.

Dövlət nəzarəti
21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

13.02.2017

Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı...

daha ətraflı
VİDEO XƏBƏR
24.04.2015
26 Aprel Beynəlxalq Əqli Mülkiyyət günü münasibəti ilə “Azərbaycan 2020: Gələcəyə baxış: kreativlik, əqli mülkiyət və innovasiyalı inkişaf” mövzusunda konfrans keçirilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır