| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123456
78910111213
14151617181920
21222324252627
28293031
Xəbər arxivi
Çap versiyası
17.09.2015

Bakı şəhərində qeyri-qanuni sahibkarlıqla məşğul olan şəxsin kustar üsulla metal məhsulları istehsal etdiyi müəyyən olunub - FOTO

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus qeyri-qanuni fəaliyyət göstərən müəssisədə polad zolaqların və polad dördkünclərin istehsal olunduğunu müəyyən edib.

Qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan Atılxanov Azərə məxsus müəssisədə metal məhsullarının istehsalı üçün standartın tələblərinə uyğun heç bir şəraitin olmadığı müəyyən olunub. Müəssisə metal tullantılarından polad zolaqların və polad dördkünclərin istehsalı üçün texnoloji reqlamentlə təmin edilməyib, məhsullarda poladın markası təyin olunmur, kimyəvi tərkibli poladın standartın tələblərinə uyğunluğu, həmçinin dartılma zamanı mexaniki xassələri (müvəqqəti müqavimət, axma həddi, nisbi uzanma), soyuq halda əyilməsi yoxlanılmır. Müəssisədə bunun üçün tələb olunan şərait mövcud deyil.

Müəssisəyə baxış zamanı kustar üsulla istehsal olunmuş 4 ton istiyayılmış polad dördkünc, 1 ton istiyayılmış polad zolaq müəyyən edilib.

Qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə Atılxanov Azər Rəşxan oğluna məxsus müəssisə barəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə, həmçinin sexdə istismar edilən qızdırıcı sobanın və metal yayma xəttinin texniki təhlükəsizlik standartlarına, normalarına, qaydalarına və texniki sənədlərə uyğun olmasını təsdiq edən sənədləri olmadığına görə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə rəsmi məlumat verilib.

Müəssisədə çəkilmiş video görüntüləri bu linkə daxil olmaqla izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=-upQS4tApYI

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır