| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123456
78910111213
14151617181920
21222324252627
28293031
Xəbər arxivi
Çap versiyası
25.01.2017

Azərbaycan Respublikasının

Standartlaşdırma, Metrologiya va Patent üzrə Dövlət Komitəsi 

Sənaye Mülkiyyəti Obyektlərinin EkspertizasiMərkəzi (AzPatent) 

Azərbaycan Respublikası  Prezidentinin qeyri-neft sektorunun inkişafına dair verdiyi fərman və sərəncamları rəhbər tutaraq, ixracyönümlü məhsulların “Made in Azerbaijan” brendi ilə təşviqinə yardım edilməsı, əmtəə nişanları və coğrafi göstəricilərə dair hüquqların ölkə daxilində, habelə xarici ölkələrdə beynəlxalq sistemlər vasitəsilə qorunması sahəsində biliklərin artırılması məqsədilə 

“Əmtəə nişanları və coğrafi göstəricilər anlayışı, bu sahədə

Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq sistemlə

inteqrasiya”

mövzusunda təlim kursları təşkil edir.

Təlim kurslarında sahibkarlıq fəaliyyəti göstərən subyektlərə əmtəə nişanları və coğrafi göstəricilər sahəsində hüquqların Azərbaycan Respublikasının normativ hüquqi aktları, habelə beynəlxalq normalar əsasında əldə edilməsi və qorunmasının qayda və şərtləri barədə ətraflı məlumatlar veriləcək. Kurslar mütəmadi təşkil olunur və ödənişli əsaslarlla həyata keçirilir. Təlim kurslarının yekununda iştirakçılara müvafiq sertifikat təqdim olunacaq.

Kurslarda iştirak etmək istəyən şəxslər “AzPatent”in Təlim Mərkəzinə (AZ 1009, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 53. Xarici İşlər Nazirliyinin arxası) həftənin I-V günləri saat 10:00-dan 17:00-a kimi müraciət edə bilərlər.

Ətraflı məlumat almaq üçün Təlim Mərkəzinə müraciət etmək olar. (e-mail:  ali.ismayilov@azpatent.az; ofis: (012) 594 37 70/71, dax: 104; mob: 050/055 319 07 21)

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır