| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
1234
567891011
12131415161718
19202122232425
2627282930
Xəbər arxivi
Çap versiyası
19.05.2017

Ümumdünya Metrologiya gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Mayın 19-da Azərbaycan Metrologiya İnstitutunun təşkilatçılığı ilə Ümumdünya Metrologiya gününə həsr olunmuş tədbir keçirilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Arif Əşrəfov çıxışında bildirib ki, qeyri-neft sektorunun inkişafı, yerli məhsulların ixrac potensialının genişləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin Hökumət qarşısında qoyduğu vəzifə və tapşırıqların icrası istiqamətində komitə tərəfindən ardıcıl işlər həyata keçirilməkdədir. Ticarətdə texniki maneələrin aradan qaldırılması məqsədilə keyfiyyət infrastrukturu sahəsinin mühüm qolu olan metrologiyanı vacib sahə hesab edən Arif Əşrəfov müasir dövrdə metrologiyanın – ölçmələr üzrə elmin insan fəaliyyətinin bütün sahələrində, dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında rolunun böyük olduğunu qeyd edib. Onun sözlərinə görə, sənaye və ticarət, səhiyyə və ekologiyanın mühafizəsi, müdafiə və təhlükəsizlik, energetika ölçmələrin dəqiqliyindən və vəhdətindən asılıdır. Bu sahəyə dövlət tərəfindən xüsusi diqqətin olduğunu bildirən Aparat rəhbəri əlavə edib ki, metrologiya sahəsində dövlət siyasətini həyata keçirən komitənin fəaliyyət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Prezidentin 10 fevral 2017-ci il tarixli Fərmanına uyğun olaraq “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi təsis edilib. Bundan başqa qeyri-neft ixrac potenasilaının gücləndirilməsi məqsədilə ölçmələrin xarici ölkələrdə tanınması, həmçinin kalibrləmə sertifikatlarının qəbul edilməsi üzərində işlər aparılır. Azərbaycan 2015-ci ildən Çəkilər və Ölçülər üzrə Baş Konfransa və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilata üzv olub.

Azərbaycan Metrologiya İnstitutunun baş direktoru vəzifələrini icra edən Mahmud Qubatov isə çıxışında institutun fəaliyyət sahələri haqqında danışıb. Bildirib ki, yeni yaradılan bu qurum beynəlxalq təcrübəyə əsasən ölçmələrin vəhdətinin təmin edilməsi, dövlət ilkin kəmiyyət vahidləri etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi, yüksək dəqiqlik sinfinə malik olan işçi etalonların və ölçmə vasitələrinin kalibrlənməsi, ölçmə vasitələrinin tipinin təsdiqi, həmçinin ölkədə istehsal olunan və ya idxal olunan ərzaq məhsullarının, qeyri-ərzaq məhsullarının, tikinti materiallarının və s. radionuklid analizlərinin aparılmasını həyata keçirir. İnstitutda saxlanılan milli etalonların digər ölkələrin milli etalonları ilə ekvivalentlik dərəcəsinin müəyyən edilməsi, Azərbaycan Respublikasının milli etalonlarının beynəlxalq tutuşdurmalarda iştirak etməsi və onların beynəlxalq səviyyədə tanınması, İnstitut tərəfindən verilən kalibrləmə və ölçmə haqqında sertifikatların beynəlxalq miqyasda tanınması məqsədilə etalon laboratoriyalarının beynəlxalq akkreditasiyası üzərində ciddi işlər aparılır.

Sonra çıxış edən Çex Metrologiya İnstitutunun nümayəndəsi Radek Strnad bildirib ki, Azərbaycanın milli etalonlarının beynəlxalq səviyyədə tanıdılması və qabaqcıl təcrübələri tətbiq etməkdə iradəsi yüksək qiymətləndirilir. O, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilən Tvinninq layihəsinin xüsusi əhəmiyyətini vurğulayıb. Bildirib ki, “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının Tvinninq layihəsinin icrası nəticəsində metrologiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, təşkilati idarəetmə və planlaşdırılmasının beynəlxalq təcrübəyə uyğun olaraq inkişaf etdirilməsi və metrologiya sistemi üçün təklif edilən hüquqi və tənzimləyici çərçivənin Avropa İttifaqı və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın tələbləri ilə uyğunlaşdırılması kimi məqsədlərə nail olunacaqdır. 

Sonda xidməti fəaliyyətlərində fərqləndiklərinə görə Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı Fəxri Fərmanla təltif edilib.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır