| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123456
78910111213
14151617181920
21222324252627
28293031
Xəbər arxivi
Çap versiyası
31.07.2017

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi məqsədi ilə komissiyası yaradılıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi məqsədi ilə Seçki Komissiyası yaradılıb. Komissiyada 4-ü komitə əmədaşları, 5-i isə qeyri-hökumət təşkilatlarının nümayəndələri olmaqla 9 üzv təmsil olunur. Təmsil olunan QHT-lər Demokratik Seçki Mərkəzi, “Turan İstedadlar” Birliyi, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi, “Gənc Vətəndaş Maarifləndirmə” İctimai Birliyi və “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyidir.

Seçki Komissiyasının yaxın vaxtlarda keçiriləcək ilk iclasında komitə yanında İctimai Şuraya üzvlərin say həddi və şuraya seçkilərin təşkili məsələləri müəyyən ediləcək.

Məlumat üçün bildirək ki, İctimai Şura - “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, mərkəzi icra hakimiyyəti orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, orqanların fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsində iştirak edən məşvərətçi qurumdur.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır