| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Xəbər arxivi
Çap versiyası
18.09.2017

Azərbaycan və Moldova arasında patent sahəsində əməkdaşlıq Memorandumu imzalanıb - FOTO 

Azərbaycan Respublikası "Patent və Əmtəə Nişanları Mərkəzi" publik hüquqi şəxs  və Moldova Respublikası Əqli Mülkiyyət üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumu Azərbaycan Respublikası tərəfindən "Patent və Əmtəə Nişanları Mərkəzi" publik hüquqi şəxsin baş direktoru v.i.e. Günel Sevdimalıyeva, Moldova Respublikası tərəfindən isə Əqli Mülkiyyət üzrə Dövlət Agentliyinin baş direktoru Lilia Bolocan imzalayıblar.

Memorandumda tərəflər arasında təcrübə mübadiləsi, xüsusiləşdirilmiş əqli mülkiyyət xidmətlərinin müştərilərə çatdırılmasında əməkdaşlıq,  sənaye mülkiyyəti və onun gələcək inkişafı ilə bağlı qanunvericilik üzrə məlumat mübadiləsi, əqli mülkiyyət üzrə maarifləndirmə tədbirlərində iştirak, birgə konfranslar, simpoziumlar, seminarlar və sənaye mülkiyyətinə aid digər növ tədbirlərin təşkili imkanlarının araşdırılması, coğrafi göstəricilərin mühafizəsi sisteminin təşviqi və dəstəklənməsi, coğrafi göstəricilərin mühafizəsi sahəsində biliklərin artırılması, iki ölkənin elmi-tədqiqat qurumları, müəssisələri və digər əqli mülkiyyət sahibləri arasında əqli mülkiyyət hüquqlarının təşviqi sahələri üzrə əməkdaşlıq aparılması nəzərdə tutulub.

Mərkəzin əməkdaşları Moldovaya səfər çərçivəsində Əqli Mülkiyyət üzrə Dövlət Agentliyinin  yaranmasının 25 illik yubileyi ilə əlaqədar təşkil olunmuş beynəlxalq konfransda da iştirak ediblər. Tədbirdə ölkələr arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və əməkdaşlığın gələcək inkişaf istiqamətləri barədə müzakirələr aparılıb.

 

 

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır