| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər arxivi
Çap versiyası
04.12.2017

Patent və Əmtəə Nişanları Mərkəzində
gənc ixtiraçı Reyhan Camalova ilə görüş keçirilib - FOTO
 

Dekabrın 4-ündə Patent və Əmtəə Nişanları Mərkəzində gənc ixtiraçı Reyhan Camalova ilə görüş keçirilib. Mərkəzin Baş direktoru v.i.e Günel Sevdimalıyeva Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində iştirak edən və ixtirası ilə diqqət çəkən Reyhan Camalovanı təbrik edib. O bildirib ki, dövlət başçısı tərəfindən qeyri-neft sənayesinin inkişafı məqsədilə həyata keçirilən islahatlar çərçivəsində ixtiraçılığın rolu, innovativ sənayenin təşviqi, texnologiyaların sənayeyə transferi və kommersiyalaşdırılması məsələləri mühüm aktuallıq kəsb edir. Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli Fərmanına əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsis edilən Patent və Əmtəə Nişanları Mərkəzi sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində fəaliyyət göstərir. Mərkəz ixtiraçılığın təşviqi, bu sahədə yeni iddiaların araşdırılması, ekspertizası və onların qeydiyyatını həyata keçirir.

Gənc ixtiraçı Reyhan Camalova Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində iştirakından və səfər təəssüratlarından danışıb. O, ixtirası haqqında məlumat verərək, müasir dövrdə alternativ enerji mənbələrinə daha çox ehtiyac olduğunu, bu sahəyə xüsusi marağının yarandığını və nəticədə yağış suyundan enerji istehsal edən qurğu – “Rainergy” qurğusunun hazırladığını deyib. Reyhan Camalova öz ixtirasının iş prinsipi barədə də ətraflı məlumat verib.

İxtiraya patent alınmasına dair iddia ərizəsinin verilməsi ilə bağlı təklifi yüksək qiymətləndirən Reyhan Camalova ilə mərkəz arasında müqavilə imzalanıb. Eyni zamanada ixtiranın beynəlxalq qeydiyyatı üçün köməklik göstəriləcəyi diqqətə çatdırılıb. İddia üzrə müvafiq prosedurların, ekspertiza və digər hüquqi hərəkətlər üzrə xərcləri mərkəz öz üzərinə götürüb.

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır