| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031
Elanlar
Çap versiyası
27.11.2017

Hörmətli KİV nümayəndələri,

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Patent və Əmtəə Nişanları Mərkəzi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının əməkdaşlığı ilə 28-29 noyabr 2017-ci il tarixində Bakı şəhərində “Patent hüququ müqaviləsi və onun tətbiqi” mövzusunda regional seminar keçiriləcək.

Konfransın məqsədi Azərbaycanda qeyri-neft sənayesinin inkişafı məqsədilə həyata keçirilən siyasətə dəstək, bu istiqamətdə aparılan islahatlar çərçivəsində ixtiraçılığın rolu, innovativ sənayenin təşviqi, texnologiyaların sənayeyə transferi və kommersiyalaşdırılmasının əhəmiyyətini ictimaiyyətə çatdırmaqdır.

Tədbirdə beynəlxalq ekspertlər tərəfindən ixtiraçılıq sahəsinin təşviqi, iddiaçılara daha çevik və asan xidmətlərin göstərilməsində Patent hüququ müqaviləsinin əhəmiyyəti, müqavilənin tələbləri, müvafiq prosedurları sadələşdirən müddəalarla bağlı məruzələr olacaq.

Konfransda komitə rəsmiləri, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndələri, digər dövlət qurumlarının əməkdaşları ilə yanaşı, biznes qurumlarından da təmsilçilər iştirak edəcək.

Konfransın açılışı 28 noyabr 2017-ci il tarixində saat 09:30-da “JW Marriott Absheron” otelinin “Şərq” konfrans zalında keçiriləcək.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır