| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
1234
567891011
12131415161718
19202122232425
262728
Elanlar
Çap versiyası
22.01.2018

“Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsi

müsabiqə elan edir

Azərbaycanda Patent sisteminin yaranmasının 25 illiyi ərəfəsində Patent və Əmtəə Nişanları Mərkəzi ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin, fiziki şəxslərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi məqsədilə

perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə 

V Respublika Müsabiqəsi 

E L A N    E D İ R


           Müsabiqə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın 4.11-ci bəndinə uyğun olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tədbirlər planına daxil edilmişdir.

Müsabiqə 2017-ci ildə dövlət qeydiyyatına alınan ixtira patentləri arasında “İlin Patenti” nominasiyası üzrə qalibi müəyyən etmək məqsədilə keçirilir. Müsabiqəyə 2017-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsus Patent və Əmtəə Nişanları Mərkəzində, həmçinin Avrasiya Patent İdarəsində qeydiyyata alınan patentlər təqdim oluna bilər.

Müsabiqə komissiyası tərəfindən müsabiqənin nəticəsindən asılı olaraq birinci, ikinci və üçüncü yerləri tutan qaliblərə müvafiq diplom, xatirə hədiyyələri, pul və həvəsləndirici mükafatlar təqdim olunacaqdır.

Müsabiqədə iştirak etmək istəyən fiziki və hüquqi şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Təqdim olunan sənədlərin siyahısını özündə əks etdirən  ərizə-təqdimat. Ərizə patent sahibi və ya etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır;
  2. Patentin əsli ilə birlikdə surəti;
  3. Patentə məxsus ixtiranın bütün materialları (ixtiranın təsviri, düsturu, referatı, texnoloji sistemi, cizgiləri və s.);
  4. İstifadəsi mümkün olan sahələr göstərilməklə əhəmiyyəti, ixtiranın səmərəsi haqqında əsaslandırılmış məlumatlar;
  5. Patent sahibi tərəfindən verilən səlahiyyəti təsdiqləyən Etibarnamə (zərurət olduqda);
  6. Patentlə bağlı patent sahibi tərəfindən zəruri sayılan digər sənədlər.

 

Müsabiqədə iştirak etmək istəyən şəxslər sənədləri5 fevral 2018-ci il tarixindən 15 mart 2018-ci il tarixinə kimi həftənin I - V günləri Patent və Əmtəə Nişanları Mərkəzinə (AZ 1009, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi-53) təqdim edə bilərlər. Ətraflı məlumat üçün əlaqə vasitələri: E-mail: n.osuji@patent.gov.az; Tel.: (012) 594 62 07;  (050) 707 89 13, (050) 273 58 89.

 

 

Təşkilat Komitəsi

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır