Akkreditasiya - obyektin müəyyən edilmiş meyarlara və göstəricilərə uyğunluğunun rəsmi təsdiqlənməsi prosedurudur. Akkreditasiya istehlakçının, bir qayda olaraq, obyektlərin keyfiyyətini qiymətləndirmək üçün kifayət qədər səriştəyə malik olmadığı peşəkar xidmətlərin göstərilməsi sahəsində ən çox yayılmış xidmətdir. Adətən təşkilatlar akkreditasiya olunur.
“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 5.4-cü maddəsində nəzərdə tutulmuş akkreditasiya qaydalarına əsasən müxtəlif profilli laboratoriyaların akkreditasiya tələblərinə uyğunluğu qiymətləndirilir, növbəti mərhələdə isə sahəyə xas texniki meyarlara uyğunluğunun qiymətləndirilməsi aparılır.
“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin ixtisaslı mütəxəssisləri ISO 17025 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə olan ümumi tələblər” beynəlxalq standartı əsasında akkreditasiya edilən sınaq laboratoriyalarının akkreditasiya prosedurundan uğurla keçmələri üçün xidmət göstərir.
İnstitutun mütəxəssisləri fəaliyyət sahələri üzrə əldə etdikləri təcrübələr əsasında laboratoriyaların idarəetmə prosedurlarının mənimsəməsinə və tətbiqinə, həmçinin Akkreditasiya Mərkəzi ilə qarşılıqlı əlaqələr qurmalarına imkan yaradır.
İnstitut aşağıdakı xidmətləri həyata keçirir:
1. Kompleks laboratoriyanın hazırlanması:
• laboratoriyada tətbiq edilməsi üçün sənədlərin layihələrinin hazırlanması;
• laboratoriyanın birbaşa fəaliyyət göstərdiyi yerə baxışın keçirilməsi;
• laboratoriyanın fəaliyyətində çatışmazlıqların siyahıya alınması və onların aradan qaldırılmasına dair tövsiyələrin verilməsi.
Sənədləri tərtib edərkən laboratoriyanın fəaliyyəti ətraflı öyrənilir, laboratoriyanın şəraiti təhlil edilir, mövcud keyfiyyət idarəetmə sisteminin prosedurları nəzərə alınır, laboratoriya personalının keyfiyyət idarəetmə sisteminin prosedurlarına riayət etməsi qiymətləndirilir.
2. Fərdi sənədlərin hazırlanması:
• keyfiyyət siyasəti;
• laboratoriyanın əsasnaməsi və pasportu;
• akkreditasiya sahələri;
• sənədləşdirilmiş keyfiyyət idarəetmə sistemi prosedurları;
• digər laboratoriya sənədləri.
3. Akkreditasiya prosedurundan keçirilməsi nəzərdə tutulan laboratoriyanın personalı üçün təlimlərin təşkil edilməsi:
• ISO 17025:2017 beynəlxalq standartı əsasında canlı və online formada təlimlərin təşkili;
• Beynəlxalq dərəcəli sertifikasiya əldə etmiş xarici və yerli təlimçilər tərəfindən təlimin keçirilməsi;
• ISO 17025:2017 beynəlxalq standartı əsasında təlimdən keçmiş laboratoriyanın personalının sertifikatlaşdırılması;
• ISO 17025:2017 beynəlxalq standartı əsasında daxili audit üzrə təlimin təşkili və təlimdən müvəffəqiyyətlə keçmiş laboratoriyanın personalının sertifikatlaşdırılması.