ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Avropa Standartlaşdirma Təşkilati (CEN)

Avropa Standartlaşdırma Komitəsi (CEN) Avropa İttifaqı tərəfindən rəsmən qəbul edilmiş standartlaşdırma sahəsində fəaliyyət göstərən 3 əsas təşkilatdan biridir (digərləri Avropa Elektrotexniki Standartlaşdırma Komitəsi (CENELEC) və Avropa Telekommunikasiya Standarları İnstitutudur (ETSİ)).

CEN-in əsas funksiyası bütün maraqlı tərəflərin: biznes-sənayə dairələrinin, xidmət sferasının, dövlət sektorunun, elmi-tədqiqat mərkəzlərinin və istehlakçı maraqlarının mövqeyini nəzərə almaqla konsensus əsaslı, könüllü və mütərəqqi Avropa standartlarının işlənib hazırlanmasından ibarətdir. CEN-in 34 tamhüquqlu, 6 müşahidəçii və 14 Tərəfdaş Standartlaşdırma Orqanı kimi üzvü var. Eyni zamanda CEN - nin nəzdində 386 Texniki Komitə  fəaliyyət göstərir.

Azərbaycan Standartlaşdırma İnstitutu 2018-ci ilin aprel ayından etibarən CEN-də Tərəfdaş Standartlaşdırma Orqanı ( Companion Standardization Body-CSB) statusunda təmsil olunur. Bu təmsilçilik Avropa standartlarına maneəsiz çıxış əldə etmək, milli standartları Avropa standartları ilə harmonizasiya etmək, eləcə də yerli mütəxəssislərin təşkilatın istənilən texniki komitəsinin işində müşahidəçi statusunda iştirak etmək imkanı verir.

CEN-CENELEC Ambitions to 2020

http://tinyurl.com/bdfczkyu

Beynəlxalq əməkdaşlıq