STANDATLAŞDIRMA ÜZRƏ NORMATIV SƏNƏDLƏRIN DÖVLƏT FONDU
Dövlət standartları, ilkin dövlət standartları, texniki şərtlər, beynəlxalq, regional və dövlətlərarası standartlar, standartlaşdırma üzrə normalar, qaydalar və tövsiyyələr, xarici dövlətlərin standartları, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumatlar Texniki normativ-hüquqi sənədlər Dövlət fondunu təşkil edir.
Standartlaşdırma üzrə dövlət fondu müvafiq dövlət orqanları (qurumları), beynəlxalq, regional və xarici ölkələrin aidiyyəti təşkilatları ilə, habelə yerli təşkilatlarla qarşılıqlı əlaqə şəraitində qurulan və standartlaşdırma sahəsində sənədlərin məcmusundan ibarət olan və milli standartlaşdırma qurumu tərəfindən idarə olunan informasiya resursudur.
Fond “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının qanunu və Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli 492 nömrəli qərarı ilə təsdiq edilmiş" Standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi Qaydası" əsasında Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nəzdində fəaliyyət göstərir.
Əsas məqsəd –bütün maraqlı tərəflər üçün normativ texniki sənədlərə çıxış imkanının verilməsi, onların mütəmadi olaraq yenilənən dəqiq və ətraflı məlumatla təminatı, eləcədə normativ sənədlərin yayımının vahid elektron sisteminin yaradılmasıdır.
Fonddan rəsmi nüsxələri elektron və kağız şəklində əldə etmək mümkündür.
Normativ sənədlərin icazəsiz istifadəsi qadağandır.
Texniki şərtlər – mala (işə, xidmətə), onunla əlaqəli proseslərə (o cümlədən idarəetmə sistemlərinə) və istehsal metodlarına dair texniki tələbləri müəyyənləşdirən, tətbiqi könüllü olan normativ sənəddir.
Texniki şərtlər müvafiq sahədə dövlət standartı və ya Azərbaycan Respublikasında birbaşa tətbiq olunan beynəlxalq, regional, dövlətlərarası və xarici dövlət standartları olmadığı təqdirdə və ya təsərrüfat subyekti tərəfindən müəyyən edilmiş yeni texniki həllərin istifadəsini təmin etmək məqsədilə təsərrüfat subyektləri tərəfindən işlənib hazırlanır.
Texniki şərtlərin dövlət qeydiyyatına alınması üçün sifarişçidən tələb olunan sənədlər:
- Müraciət məktubu
- Razılaşdırılmış və təsdiq edilmiş texniki şərtlərin (bildirişlərin) əsli (3 nüsxə)
- Məhsulun kataloq vərəqi
-İlk dəfə işlənib hazırlanan texniki şərtlər üçün məhsulun təcrübə nümunəsinin/partiyasının qəbul sınağı aktı
- Müvafiq orqanların razılaşdırılma məktublarının surəti
- Yeyinti məhsullarına dair texniki şərtlər üçün təsdiq olunmuş reseptura
- Texnoloji təlimat
- Konstruktor sənədləri
- Texniki pasport
- İşçi cizgilər
- Müəssisənin rekvizitləri (adı, ünvanı, VÖEN-i, bank məlumatları daxil olmaqla)
AZS dövlət standartlarının kataloqu
Türk standartları (TSE) kataloqu