SERTİFİKATLAŞDIRMA

Sertifikatlaşdırmanın növləri

Sertifikatlaşdırma işləri AZS 498-2010 “Oxşar məhsulların sertifikatlaşdırma sistemi” milli standartında müəyyən edilmiş tələblərə, sertifikatlaşdırma sxemlərinə, həmçinin beynəlxalq normalara müvafiq olaraq aşağıdakı qaydalar üzrə həyata keçirilir.

- sınaqları aparılmış nümunəyə və ya təcrübə sınaq partiyasına görə;

- ticarətdən götürülmüş nümunələrin sınağına görə;

- istehsal müəssisəsindən götürülmüş nümunələrin sınağına görə;

- həm ticarətdən, həm də istehsal müəssisəsindən götürülmüş nümunələrin sınaqlarına görə;

- istehsalatın sertifikatlaşdırılması və nümunələrin sınağına görə;

- beynəlxalq keyfiyyət idaəretmə sisteminin (İSO 9000 seriyalı standartlar üzrə) tətbiq edilməsinə görə.

İstehsal edilən məhsulların sertifikatlaşdırılması üçün tələb olunan sənədlər:

- Sifarişlə bağlı müraciət məktubu;

- Müəssisənin rekvizitləri;

- Müəssisənin adı;

- Bank rekvizitləri;

- Hüquqi və fəaliyyət göstərdiyi faktiki ünvanı;

- VÖEN (sürəti);

- Əlaqə telefonu;

- Sertifikatlaşdırılacaq məhsulun (xidmətin) adı;

- məhsula dair normativ, konstruktor və texnoloji sənədlər;

- keyfiyyəti idarəetmə sisteminin sertifıkatı (olduğu halda);  (İSO)

- istehsalçının apardığı sınaqların protokolları: (zərurət olduğu halda)

İdxal və ixrac edilən məhsulların sertifikatlaşdırılması üçün sifarişçidən tələb olunan sənədlər:

Sifarişlə bağlı müraciət məktubu;

- Müəssisənin rekvizitləri;

- Müəssisənin adı;

- Bank rekvizitləri;

- Hüquqi və faktiki ünvan;

- VÖEN;

- Xidmət müqaviləsinin surəti;

- Məhsula dair normativ, konstruktor və texnoloji sənədlər;

- Keyfiyyəti idarəetmə sisteminin sertifıkatı (olduğu halda);

- Məhsula dair laborator sınaq protokolları (zərurət olduğu halda).

Yeyinti məhsullarının üçün sertifikatlaşdırılması üçün sifarişçidən tələb olunan əlavə sənədlər:

Gigiyenik və ya qida təhlükəsizliyi sertifikatının surəti;

- Heyvan mənşəli məhsullar üçün baytarlıq şəhadətnaməsinin surəti;

- Emal olunmuş bitki mənşəli məhsullar üçün fitosanitar sertifikatın surəti.

Xarici uyğunluq sertifikatlarının tanınması üçün sifarişçidən tələb olunan sənədlər:

- Sifarişlə bağlı müraciət məktubu;

- Müəssisənin rekvizitləri;

- Müəssisənin adı;

- Bank rekvizitləri;

- Hüquqi və faktiki ünvan;

- VÖEN;

- Xidmət müqaviləsinin surəti;

- Xarici uyğunluq sertifikatının əslini və ya onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş surəti;

- Əsasında sertifikatlaşdırma aparılmış normativ sənədlər;

- Sertifikatların qarşılıqlı tanınması haqqında tərəflər arasında müqavilədə nəzərdə tutulduğu halda sertifikatlaşdırma sınaqlarının protokolları (zərurət olduğu halda);

- İstehsalçının keyfiyyət şəhadətnaməsi (sertifıkatı);

QEYD: Xarici dildə olan bütün sənədlər Azərbaycan dilinə tərcümə edilməli və notarial qaydada təsdiq olunmalıdır.

Əlaqəli şəxs: Əzizov Rafiq- Uyğunluğun qiymətləndirilməsi departamentinin direktor müavini

Tel: (+994 12) 514 96 03 (dax.108)

E-mail: office@azstand.gov.az

Sifarişlı bağlı müraciət məktubu.pdf

Akkreditasiya sahəsi

Bizim partnyorlarımız