TƏLİMLƏR

Hazırda dünyada insanlara təhlükəsiz iş şəraitinin təmin olunması, ətraf mühitin qorunması və qida təhlükəsizliyi əsas prioritet məsələlərdən biridir. İstehsal və idxal olunan məhsulların, standartların və normativ sənədlərin nəzərdə tutulan tələblərinə uyğunluğu Beynəlxalq standartlar əsasında akkreditasiya  edilmiş laboratoriyalar  və İdarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə orqanlar tərəfindən müəyyən edilir.                       

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Təlim-tədris Mərkəzi-İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması orqanı Beynəlxalq standartlar  əsasında İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması işlərini aparır və uyğun təlimlərin keçirilməsini təşkil edir.                                                                                       

1. İSO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemi.Tələblər” 

2. İSO 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə olan ümumi tələblər”

3. İSO 14001:2015 “Ətraf mühiti idarəetmə sisteminə olan tələblər”

4. İSO/IEC 27001:2013 “İnformasiya təhlükəsizliyinin idarəetmə sisteminə olan tələblər”

5. İSO 17065:2013 “Məhsulların və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara olan tələblər”

6. İSO 22000:2018 “Qida təhlükəsizliyini idarəetmə sistemi və qida zəncirində iştirak  edən təşkilatlara olan tələblər”

7. İSO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi sisteminə olan tələblər”

 

Əlaqəli şəxs: Saday Əliyev - “Təlim-tədris Mərkəzi İdarəetmə sistemlərinin və Personalın sertifikatlaşdırılması orqanı”nın direktoru

Tel: (+994 12) 514 96 03 (dax.116), (+994 50)312 15 49

E-mail: s.aliyev@standard.gov.az, saday.aliyev@mail.ru

Bizim partnyorlarımız