16 Dekabr 2020

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi Qaydası” nı təsdiq edib

Standartlaşdırma üzrə dövlət fondu  standartlaşdırma sahəsində normativ sənədlərin vahid məlumat bazasının formalaşdırılması, komplektləşdirilməsi və daim aktual vəziyyətdə saxlanılması, hüquqi və fiziki şəxslərin, dövlət orqanlarının (qurumların) və texniki komitələrin standartlaşdırma üzrə normativ sənədlərlə təmin edilməsi, müvafiq dövlət orqanları (qurumları), beynəlxalq, regional və xarici ölkələrin aidiyyəti təşkilatları ilə, habelə yerli təşkilatlarla qarşılıqlı əlaqələrin qurulması məqsədi ilə yaradılmışdır. Fond milli standartlaşdırma qurumu olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən idarə olunan informasiya resursudur.

“Standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi Qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikası Prezidentinin “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 12 iyul tarixli 780 nömrəli Fərmanının 1.1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

“Standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi Qaydası” standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi qaydalarını tənzimləyir.

Bizim partnyorlarımız