27 Yanvar 2021

01-05 fevral 2021-ci il tarixlərdə İSO/İEC 27001:2013 və 08-12 fevral 2021-ci il tarixlərdə İSO/IEC 17025:2017 üzrə təlimlər keçiriləcəkdir

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən 01-05 fevral 2021-ci il tarixlərdə “İSO/İEC 27001:2013 İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər” mövzusu üzrə, 08-12 fevral 2021-ci il tarixlərdə isə İSO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” mövzusu üzrə keçirilməsi planlaşdırılan təlimlər

Hazırda ölkə iqtisadiyyatında baş vermiş köklü dəyişikliklər iqtisadiyyatın davamlı inkişafına, bütün sahələrin bazar münasibətlərinə keçməsinə, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya etməsinə və beynəlxalq səviyyədə nüfuzunun artmasına səbəb olmuşdur. Lakin dünya bazarında rəqabətin daha da sərtləşməsi, satış bazarlarının beynəlmiləlləşməsi, yeni texnologiyaların təsiri, strateji resursların çatışmazlığı, əksər bazar seqmentlərinin əmtəə ilə dolması, valyuta prioritetlərinin genişlənməsi, bir çox müəssisələrin mütərəqqi-marketinq konsepsiyalarını reallaşdırması beynəlxalq standartların tələblərinin öyrənilməsini və onun idarəetmə sisteminə tətbiqini aktuallaşdırır. Odur ki, inkişaf etmiş ölkələrin müəssisə və təşkilatlarının idarəetmə sisteminə beynəlxalq standartların tətbiqinin qabaqcıl təcrübəsinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Təlim-tədris Mərkəzi-İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması orqanı 01-05 fevral 2021-ci il tarixlərdə “İSO/İEC 27001:2013 İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər” mövzusu üzrə, 08-12 fevral 2021-ci il tarixlərdə isə İSO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” təlimlərin keçirilməsini planlaşdırıb.

Beynəlxalq standartların (İSO) təlimi və tətbiqi təşkilata tədarükçülər və sifarişçilərlə qarşılıqlı səmərə əsasında işləməyə, normativ-texniki sənədlərin və qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə, kadrların səriştəliliyinin artırılmasına, infrastrukturunun işçi vəziyyətdə saxlanılmasına, uyğunsuzluqların idarə olunmasına,korreksiyaedici tədbirlərin tətbiqinə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və sifarişçilərin məmnunluğunun təmin edilməsinə imkan verir.

Eyni zamanda İnstitut cari ildə davamlı olaraq aşağıda göstərilən standartlar üzrə təlimlərin keçirilməsini planlaşdırıb.

 

1.AZS İSO 9001:2020 “Keyfiyyəti idarəetmə sistemləri.Tələblər”

- qanunların və normativ sənədlərinin tətbiqini təmin etmək,

- riskləri qiymətləndirmək və onların mənfi təsirlərini buraxıla bilən səviyyədə saxlamaq.

 

2.AZS İSO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər”

- Laboratoriyaların sınaq və ya kalibrasiya predmetlərinin birmənalı identifikasiyası üçün sistemin təmin edilməsi.

 

3.İSO 14001:2015 “Ətraf mühiti idarəetmə sisteminə olan tələblər”

- zərərli tullantıların qanunvericiliyə uyğun buraxıla bilən səviyyədə olmasının təmini,

- riskləri qiymətləndirmək və onların mənfi təsirlərini buraxıla bilən səviyyədə saxlamaq.

 

4.İSO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi sistemi.Tələblər”

- əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunlara riayət edilməsi,

- işçilərin əməyin təhlükəsizliyi sahəsində səriştəliliyinin təmin edilməsi.

 

5.İSO/IEC 27001:2013 “İnformasiya təhlükəsizliyinin idarəetmə sisteminə olan tələblər”

- müəssisədə informasiya təhlükəsizliyinin qanunların və normativ sənədlərin tələblərinə uyğun təmin edilməsi.

 

6.İSO 22000:2018 “Qida təhlükəsizliyini idarəetmə sistemi və qida zəncirində iştirak edən təşkilatlara olan tələblər”

- istehsal olunan qidanın təhlükəsiz olmasının təmin edilməsi,

- kritik nəzarət nöqtələrini müəyyən edilməsi və kritik hədləri buraxıla bilən səviyyədə saxlanması.

 

7.İSO 31000:2018 “Risklərin idarə edilməsi”

- Təhlükələrin məzmunu barədə,

- Təhlükələrin baş vermə ehtimalı barədə,

- Planlaşdırılan tədbirlər barədə.

 

8.İSO 37001:2016 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri.Təlimatlarla birgə tələblər”

- Rüşvətxorluğun minumuma endirilməsi üçün risklərin düzgün işlənib hazırlanması barədə,

- Rüşvətxorluğun baş vermə ehtimalı barədə,

- Rüşvətxorluğa meyilli şəxslərin aşkar edilməsi metodları barədə,

- Planlaşdırılan tədbirlər barədə.

 

9.İSO 17065:2012 “Məhsulların və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara olan tələblər”

- Məhsulların və xidmətlərin standartın tələblərinə uyğun sertifikatlaşdırılmasının aparılması barədə,

- Məhsulların və xidmətlərin sertifikatlaşdırılması prosesində ehtimal olunan riskləri düzgün  qiymətləndirmək və onların mənfi təsirlərini buraxıla bilən səviyyədə saxlamaq.

 

Təlimlər Beynəlxalq standartın tələbinə uyğun hazırlanmış təlim proqramı əsasında Azərbaycan Standartlaşdırma İnstitutunun peşəkar təlimçi-müəllim heyəti tərəfindən aparılacaqdır.

Təlimlərin nəticələrinə əsasən verilən sertifikatlar Ingiltərədə Beynəlxalq “İRCA” təşkilatında qeydiyyata alınacaqdır.

Təlimlərin keçirilmə yeri və tarixi barədə əlavə məlumat müvafiq qruplar formalaşandan sonra bildiriləcəkdir.

 

Əlaqəli şəxs: Saday Əliyev

Əlaqə telefonu: (+994 12) 441 36 09 (dax tel: 115) E-mail: office@azstand.gov.az

 

Təlim-tədris Mərkəzi- İdarəetmə

sistemlərinin və personalın

sertifikatlaşdırılması orqanın direktoru Saday Əliyev

 

Bizim partnyorlarımız