05 Fevral 2021

Azərbaycanda “Torpaqşünaslıq, aqroekologiya və aqrokimya sahələri”nin standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 32) yaradılıb

Azərbaycan Standartlaşdırma İnstitutunun 2 fevral 2021-ci il tarixli 212323400008 saylı əmri ilə “Torpaqşünaslıq, aqroekologiya və aqrokimya sahələri”nin standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 32) yaradılmış, əsasnaməsi və strukturu təsdiq edilmişdir.

Texniki Komitənin yaradılmasında əsas məqsəd torpaqşünaslıq, aqroekologiya və aqrokimya sahələri üzrə beynəlxalq standartlar əsasında yeni standartların işlənib hazırlanması, ekspertizası, dəyişiklik edilməsi, mövcud standartlara yenidən baxılması prosesini həyata keçirməkdən və həmçinin, müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etməkdən ibarətdir.

“Torpaqşünaslıq, aqroekologiya və aqrokimya sahələri”nin standartlaşdırılması üzrə Texniki Komitəyə (AZSTAND/TK 32) sədrliyi AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu həyata keçirəcəkdir.

AZSTAND/TK 31-in strukturuna AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu, AMEA Qax Regional Elm Mərkəzi, AMEA Coğrafiya İnstitutu və Bakı Dövlət Universiteti daxil edilmişdir.

Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.

Bizim partnyorlarımız