05 Aprel 2021

Ölkədə AZS ISO 45001:2021 “Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi. İstifadə üzrə izahlı tələblər” dövlət standartı qəbul olunmuşdur.

Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması və ölkədə qüvvədə olan idarəetmə sistemləri sahəsində normativ sənədlərin yenilənməsi məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən ISO 45001 beynəlxalq standart əsasında “Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi. İstifadə üzrə izahlı tələblər” dövlət standartının layihəsi işlənib hazırlanmış və “Əməyin təhlükəsizliyi”  standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 21) tərəfindən təqdim edilmişdir.

Qəbul olunmuş yeni dövlət standartı Azərbaycan Standartlaşdırma İnstitutunun 212323400029 saylı 31 mart 2021-ci il tarixli əmri ilə təsdiq edilmişdir. Standartın qüvvəyə minmə tarixi 01 may 2021-ci il müəyyən edilmişdir.

AZS ISO 45001:2021 standartı əmək sağlamlığı  və təhlükəsizliyi (ƏST)  idarəetmə sisteminin tələblərini müəyyənləşdirir və   təşkilatların istehasalatda alınan zədələr və peşə xəstəliklərinin qarşısını almaqla təhlükəsiz və sağlam iş yerləri ilə təmin etməsi, o cümlədən onun PST fəaliyyətlərinin fəal şəkildə genişləndirilməsinə şərait yaratmaq məqsədilə onun istifadəsi üzrə təlimatlarla təmin edir.

İdarəetmə sahəsində yeni standartların qəbul edilməsində əsas məqsəd müəssisələrdə istehsal olunan məhsulların, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasının, istifadə olunan resursların optimallaşdırılmasının, səmərəliyin və istehlakçıların məmnunluğunun artırılmasının və s. təmin edilməsindən ibarətdir. 

 

Bizim partnyorlarımız