13 Aprel 2021

“Pestisidlər, Bioloji Preparatlar və Aqrokimyəvi maddələrin standartlaşması” üzrə Texniki Komitənin (AZSTAND/TK 23) növbəti iclası keçirildi.

“Pestisidlər, Bioloji Preparatlar və Aqrokimyəvi maddələrin standartlaşması” üzrə Texniki Komitənin (AZSTAND/TK 23) 13 aprel 2021-ci il tarixli növbəti iclası keçirilmişdir.  İclasda Texniki Komitənin gündəliyinə 5 standart layihəsinin müzakirəsi salınmışdır. Texniki Komitənin sədri,  AzRKTN AEİM-nin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyasının direktoru Cəbrayıl Ağayev iştirakçıları salamlayaraq Texniki Komitənin üzvləri, TK-nın işinin cari vəziyyəti, hazırlanmış standartlar haqqında məlumat verdi və TK-nın əsas fəaliyyət istiqaməti və hədəfləri haqqında məlumatı iştirakçıların diqqətinə çatdırıldı. Texniki Komitənin üzvi Qida Təhlükəsizlik Agentliyi” aqrokimya mütəxəssisi  Hasil Bağırov öz çıxışında torpağın analizi və digər sahələr üzrə olan boşluqlara toxunaraq yeni standartların hazırlanması və yerli şəraitə tətbiqinin həyata keçirilməsi haqqında fikirlərini bildirdi. Təqdim edilən standart layihələrinə bəzi əlavə və təkliflərini bildirdi. Elm Aləmi – biokimya mütəxəssisi Namiq Qüdrətov pestisidlərin daşınma, saxlanma və satışının nizamlanma normativlərinin hazırlanması barədə fikirlərini irəli sürdü. “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin bitki mühafizəsi mütəxəssisi Bayram Əliyev çıxış edərək komitənin fəaliyyəti, qarşıda duran vəzifələr, işin təşkili və əlaqələndirilməsi üzrə təklif və tövsiyyələrini bildirdi.

Sonda hazırlanmış standart layihələri əlaqədar təşkilatlara və mütəxəssislərə təqdim edilməklə rəy və təkliflər daxil olduqdan sonra sonuncular nəzərə alınmaqla standart layihələri təkmilləşdirildikdən sonra yenidən TK-nın müzakirəsinə təqdim edilməsi qərara alınmışdır.

Bizim partnyorlarımız