24 May 2021

Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarına beynəlxalq standartlar əsasında təlim keçirilmişdir.

Hazırda ölkə iqtisadiyyatında baş ver­miş köklü dəyişikliklər iqtisadiyyatın davamlı inkişafına, bütün sahələrin ba­zar münasibətlərinə keçməsinə, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya etməsinə və beynəlxalq səviyyədə nüfuzunun artmasına səbəb olmuşdur. Lakin dünya bazarında rəqabətin daha da sərtləşməsi, satış ba­zar­la­rı­nın beynəlmiləlləşməsi, yeni texnologiyaların tə­siri, strateji resursların ça­tışmazlığı, əksər bazar seqmentlə­ri­nin əmtəə ilə dolması, valyuta pri­oritetlərinin genişlənməsi, bir çox müəssisələrin mütərəqqi-mar­ke­tinq konsepsiyalarını real­laş­dırması beynəlxalq standartların tələblərinin öyrənilməsini və onun idarəetmə sisteminə tətbiqini aktuallaşdırır. Odur ki, inkişaf etmiş ölkələrin müəssisə və təşkilatlarının idarəetmə sisteminə beynəlxalq standartların tətbiqinin qabaqcıl təcrübəsinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.

Bu baxımdan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu idarəetmə sisteminin təkmilləşdirilməsi, işçilərinin bilik və səriştəliklərinin artırılması, göstərilən xidmətlərin keyfiyyətinin  yüksəldilməsi və güclü kadr potensialınnın formalaşdırılması məqsədilə İSO 9001:2015 ”Keyfiyyəti İdarəetmə Sistemi.Tələblər və İSO 37001:2016 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri.Təlimatlarla birgə tələblər” standartları üzrə təlimlərdə iştiraklarının təmin olunması üçün “Azərbaycan Standartlaşdırma İnstitutu”  publik hüquqi şəxsə müraciət etmişdir.

İnstitut müraciəti nəzərə alaraq 17-21 may 2021-ci tarixlərində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarına  İSO 9001:2015 ”Keyfiyyəti idarəetmə sistemi.Tələblər” standartı əsasında təlimin keçirilməsini planlaşdırılmış və Təlim-tədris Mərkəzi-İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması orqanın direktoru Saday  Əliyev tərəfindən həyata keçirilməsi təmin edilmişdir.

Beynəlxalq standartlar əsasında təlimlərin keçirilməsi və onun idarəetmə sisteminə tətbiqi təşkilata tədarükçülər və sifarişçilərlə qarşılıqlı səmərə əsasında işləməyə, normativ-texniki sənədlərin və qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə, kadrların səriştəliliyinin artırılmasına, infrastrukturunun işçi vəziyyətdə saxlanılmasına, uyğunsuzluqların idarə edilməsinə, korreksiyaedici tədbirlərin tətbiqinə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və sifarişçilərin məmnunluğunun təmin edilməsinə imkan verir. 

Bizim partnyorlarımız