13 İyul 2021

2021-ci il 12 iyul tarixində AZS 344-2009 “Ağır piroliz qətranı. Texniki şərtlər” dövlət standartına dəyişiklik təsdiq edilmişdir.

“Neft, qaz və onlarla əlaqəli məhsul və materiallar”ın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 20) AZS 344-2009 “Ağır piroliz qətranı. Texniki şərtlər” dövlət standartının dövrü yoxlamasını aparıb və sözügedən dövlət standartına dəyişiklik edilməsi təklifi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsə müraciət etmişdir.

Dövlət standartına dəyişiklik layihəsi “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun 11-ci maddəsinə əsasən ekspertiza edilmişdir. AZS 344-2009 “Ağır piroliz qətranı. Texniki şərtlər” dövlət standartına təklif edilən 1 saylı dəyişiklik İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin 12 iyul 2021-ci il tarixli 212323400065 saylı əmri ilə təsdiq edilmiş və qüvvəyə minmə tarixi 12 iyul 2021 -ci il müəyyən edilmişdir.

 

Bizim partnyorlarımız