31 Avqust 2021

İSO-nun növbəti aylıq konfransı baş tutmuşdur.

31 avqust 2021-ci il tarixində İSO-nun növbəti “Avropa və Orta Asiya Aylıq Zoom Konfransı” keçirilmişdir.

Konfransda Avropa və Orta Asiya ölkələrinin Milli Standartlaşdırma qurumlarının nümayəndələri, Azərbaycan Standartlaşdırma İnstitutunun  əməkdaşları iştirak etmişdir.

Sözügedən iclasda 22-24 sentyabr 2021-ci il tarixində keçiriləcək İSO-nun Baş Assambleyası haqqında ətraflı məlumat verilmişdir. Həmçinin  “standartlaşdırma sahəsində təhsil” və  “İSO SMART” tətbiqi və onun işləmə prinsipi haqqında təqdimat olunmuşdur.

 

 

Bizim partnyorlarımız