10 Sentyabr 2021

“Neft, kimya və qaz sənayesi xidmətləri üçün xüsusi təyinatlı dişli çarx qurğuları” dövlət standartının dövri yoxlanılması keçirilmişdir.

“Neft-Mədən avadanlıqları”nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 35) tərəfindən AZS 826-2015 (ANSI/API 613-2005) “Neft, kimya və qaz sənayesi xidmətləri üçün xüsusi təyinatlı dişli çarx qurğuları” dövlət standartının dövri yoxlanılması aparılmışdır. Bu standart neft, kimya və qaz sənayesi xidmətləri üçün xüsusi təyinatlı, qapalı, dəqiq ölçülü tək və qoşa vintli, bir və iki mərhələli sürətləndiricilərə və paralel-val quruluşlu dişli çarx qurğularına dair minimal tələbləri müəyyənləşdirir. Standart əsasən quraşdırılmış ehtiyat avadanlıq olmadan davamlı xidmətdə olan dişli çarx qurğularına şamil edilir. Bu standarta əsasən təchiz edilən dişli çarx dəstləri uyğun dəstlər hesab edilməlidir.

Ekspertiza nəticəsində “Neft, kimya və qaz sənayesi xidmətləri üçün xüsusi təyinatlı dişli çarx qurğuları” dövlət standartının elm-texniki səviyyəsi təhlil edilmiş və dəyişiklik edilmədən dövri yoxlamadan keçməsi barədə qərar qəbul olunmuşdur.

Bizim partnyorlarımız