15 Sentyabr 2021

AZS 898-2021 “Tut ipəkqurdunun quru baraması” dövlət standartı təsdiq edilmişdir.

2021-2023-cü illər üçün Milli standartlaşdırma proqramı əsasında “Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 24) tərəfindən AZS 898-2021 “Tut ipəkqurdunun quru baraması” təqdim edilmişdir.

Azərbaycan Standartlaşdırma İnstitutunun 30 avqust 2021-ci il tarixli 212323400079  saylı əmri ilə təsdiq edilmiş və qüvvəyə minmə tarixi əmr təsdiq edildiyi gündən bir ay sonra müəyyən edilmişdir.

Dövlət standartlarının qəbul edilməsinin əsas məqsədi əhalini beynəlxalq tələblərə cavab verən keyfiyyətli məhsullarla təmin etməkdən ibarətdir.

Qeyd edək ki, standart Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə hazırlanıb.

Bizim partnyorlarımız