15 Sentyabr 2021

AZS 900:2021 “Yanacaqdoldurma məntəqələrində istifadə olunan nəzarət-kassa aparatları. Ümumi texniki şərtlər” dövlət standartı təsdiq edilmişdir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən AZS 900:2021 “Yanacaqdoldurma məntəqələrində istifadə olunan nəzarət-kassa aparatları. Ümumi texniki şərtlər” dövlət standartı işlənib hazırlanmış və Dövlət standartının layihəsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə razılaşdırılmışdır. AZS 900:2021 dövlət standartı “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-in 212323400082 saylı 06 sentyabr 2021-ci il tarixli əmri ilə təsdiq edilərək, Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fondu və Reyestrinə daxil edilmişdir.

Dövlət standartının işlənib hazırlanmasında əsas məqsəd Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində kassa əməliyyatları barədə məlumatları ötürməyə imkan verən, yanacaqdoldurma məntəqələrində istifadə olunan yeni nəsil nəzarət-kassa aparatlarına dair tələblərin müəyyən edilməsindən ibarətdir.

AZS 900:2021 “Yanacaqdoldurma məntəqələrində istifadə olunan nəzarət-kassa aparatları. Ümumi texniki şərtlər” dövlət standartı 06 sentyabr 2021-ci il tarixindən qüvvəyə minmişdir.

Bu standart ölkədə pul hesablaşmalarının daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına, dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradacaq.

Bizim partnyorlarımız