20 Sentyabr 2021

“Qida məhsullarının keyfiyyəti və texnologiyası”nın standartlaşdırılması üzrə texniki komitənin (AZSTAND TK /33) ilk iclası keçirilmişdir.

“Qida məhsullarının keyfiyyəti və texnologiyası”nın standartlaşdırılması üzrə texniki komitənin (AZSTAND TK /33) ilk iclası keçirilmişdir. İclasda Texniki Komitənin gündəliyinə 20 standart layihəsinin dövri yoxlamasının müzakirəsi salınmışdır. Texniki Komitənin sədri, Aqrar və qida sənayesinin standartlaşdırılması şöbəsinin müdiri Bayram Əliyev iclası açıq elan etdi və Texniki Komitənin üzvlərinə təqdim edilən standart layihələrinə bəzi əlavə və təkliflərini bildirildi. AZSTAND/TK 33-ün iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, “Qida Təhlükəsizliyi İnstitutu” PHŞ, “Azad İstehlakçılar Birliyi” (AİB), “Azərbaycan ət və ət məhsulları İstehsalçıları” İctimai Birliyi, “GULKHANE”MMC, “M&iT” firması, “SPİCETECH” MMC, AMEA-nin Genetik Ehtiyatlar İnstitutu, “SƏBA” ASC, ARKTN-nin Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik Elmi Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyası və ARKTN- “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” kimi qurumlardan nümayəndələr iştirak etmişdilər.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Texniki Komitə üzvləri ilə tanışlıq;

2. Texniki Komitəyə yeni üzvlərin daxil olması;

3. Texniki Komitənin Fəaliyyət Planına daxil olan standartların müzakirəsi;

4.Sahibkarlıq fəaliyyəti ilə məşğul olan TK üzvlərinin  təkliflərinin dinlənilməsi.

Bizim partnyorlarımız