20 Sentyabr 2021

“Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 08) növbəti iclası keçirilmişdir.

“Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 08) keçirilmiş növbəti iclasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ və “Keyfiyyət Assosiasiyası” İB-nin birgə əməkdaşlığı ilə işlənib hazırlanmış AZS ISO 45005:2021 (az) “Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri – COVID-19 pandemiyası zamanı təhlükəsiz işləmək üzrə ümumi rəhbərlik” və AZS İSO 22000-2021 “Qida təhlükəsizliyi idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər” dövlət standartının layihəsi müzakirəyə çıxarılmışdır.

İclasda Komitə üzvləri təqdim edilmiş standart layihəsinin dövlət standartı kimi qəbul edilməsinin zəruriliyindən danışaraq standart layihələrinə dair təkliflərini bildirdilər.

İclasın sonunda standart layihələrinin Texniki Komitə üzvləri tərəfindən təqdim edilən təkliflər nəzərə almaqla Azərbaycan Standartlaşdırma İnstitutuna təsdiq edilmək üçün təqdim edilməsi qərarı alınmışdır.

Bizim partnyorlarımız