29 Sentyabr 2021

Standartlaşdırma və Uyğunluğun qiymətləndirilməsi üzrə Azərbaycan-Serbiya İşçi qrupunun ilk iclası keçirilmişdir.

29 sentyabr 2021-ci il tarixində Standartlaşdırma və Uyğunluğun qiymətləndirilməsi üzrə Azərbaycan-Serbiya İşçi qrupunun ilk iclası keçirilmişdir. İclasda “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin və Serbiya Standartlaşdırma İnstitutunun standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi üzrə məsul şəxsləri iştirak etmişdirlər.

Tədbir zamanı tanışlıq məqsədi ilə keçirilən təqdimatdan sonra hər iki ölkədə beynəlxalq standartların tətbiqi, standartlaşdırma üzrə texniki komitələrin fəaliyyəti, uyğunluğun qiymətləndirilməsi sahəsində həyata keçirilən fəaliyyətlər və qarşılıqlı maraq doğuran məsələlər ilə bağlı fikir mübadilələri aparılmışdır.

Görüşün sonunda standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi üzrə Azərbaycan-Serbiya əlaqələrinin inkişafı etdirilməsi və gələcəkdə qarşılıqlı tədbirlərin həyata keçirilməsi barədə razılıq əldə edilmişdir.

 

 

 

 

Bizim partnyorlarımız