07 Oktyabr 2021

TSE nümayəndəsi ilə AZSTAND-ın əməkdaşları arasında uyğunluğun qiymətləndirilməsi sahəsində təcrübə mübadiləsi keçirilmişdir.

06 oktyabr 2021-ci il tarixində Türk Standartları İnstitutunun (TSE) Azərbaycan təmsilçisi – təlimçi Gülhan Yüzereroğlu tərəfindən AZS ISO/IEC 17065-2021 “Uyğunluğun  qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara dair tələblər” beynəlxalq standartı üzrə təlim keçirilmişdir. Təlimdə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin (AZSTAND) əməkdaşlarına beynəlxalq standartın tələblərinə əsasən məhsulların, proseslərin və ya xidmətlərin sertifikatlaşdırılmasının ümumi məqsədi, qərəzsizlik və məxfilik prinsipi, sertifikatlaşdırma sxemləri və s. haqqında geniş məlumat verildi. Bununla yanaşı Gülhan Yüzereroğlu Türk Standartları İnstitutunun bu sahədəki təcrübəsindən, TSE ilə AZSTAND arasındakı birgə əməkdaşlıqdan və bu sahədə mütəxəssislərin ikitərəfli təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyindən danışdı. 

 

 

 

Bizim partnyorlarımız