22 Oktyabr 2021

AZSTAND-ın əməkdaşları ilə PTB-nin ekspertləri arasında onlayn formada görüş keçirilmişdir.

22 oktyabr 2021-ci il tarixində Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) əməkdaşları ilə Almaniyanın Milli Metrologiya İnstitutunun (PTB) ekspertləri arasında “Using synergies within the countries of Eastern Partnership in the field of Quality Infrastructure” (“Şərq Tərəfdaşlığı ölkələrində keyfiyyət infrastrukturu sahəsində sinerjinin istifadəsi”) layihəsi üzrə virtual görüş keçirilmişdir.

Görüş çərçivəsində Azərbaycana ikitərəfli texniki dəstək üçün nəzərdə tutulan mövzular müzakirə edilmişdir.

Bizim partnyorlarımız