16 Noyabr 2021

AZS EN 12595:2021 Bitum və bitumlu büzücülər. Kinematik özlülüyün təyini dövlət standartı qəbul edilib

Ölkədə istehsal olunan bitum və bitumlu büzücülərin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə AZS EN 12595:2021 “Bitum və bitumlu büzücülər. Kinematik özlülüyün təyini” dövlət standartı qəbul edilib.

AMEA-nın akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu tərəfindən işlənib hazırlanan və “Neft, qaz və onlarla əlaqəli məhsul və materiallar”ın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 20) müzakirə olunan AZS EN 12595:2021 Bitum və bitumlu büzücülər. Kinematik özlülüyün təyini" dövlət standartı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən 02 noyabr 2021-ci il tarixli, 212323400096 saylı əmr ilə təsdiq edilib.

Sözügedən dövlət standartı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Heydər Əliyev adına Neft Emalı Zavodu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” publik hüquqi şəxs, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi ilə razılaşdırılıb.

AZS EN 12595:2021 “Bitum və bitumlu büzücülər. Kinematik özlülüyün təyini” dövlət standartı bitum və bitum büzücülərin yoxlanılması meyarlarından biri olan kinematik özlülüyün təyini üsulunu müəyyən edir. Elmi-tədqiqat institutlarının, neft emalı zavodlarının, asfalt-beton hazırlayan müəssisələrinin, habelə tikinti işləri ilə məşğul olan təşkilatlarının neft sınaq laboratoriyaları qeyd olunan dövlət standartının potensial istifadəçiləridir.

AZS EN 12595:2021 “Bitum və bitumlu büzücülər. Kinematik özlülüyün təyini” dövlət standartı EN 12595:2014 “Bitumen and bituminous binders. Determination of kinematic viscosity” Avropa standartı ilə eynilik təşkil edir.

 

 

Bizim partnyorlarımız