19 Noyabr 2021

AZS 093-2003 “Xəzər deemulqatoru. Texniki şərtlər” dövlət standartına 3 saylı dəyişiklik təsdiq edilmişdir.

2021-2023-cü illər üçün Milli standartlaşdırma proqramı əsasında “Neft, qaz və onlarla əlaqəli məhsul və materiallar”ın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 20) AZS 093-2003 “Xəzər deemulqatoru. Texniki şərtlər” dövlət standartının maraqlı tərəflərin təklifi nəzərə alınaraq təkrar dövrü yoxlamasını aparıb və sözügedən dövlət standartına dəyişiklik edilməsi təklifi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsə müraciət etmişdir.

Təklif “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun 11-ci maddəsinə əsasən ekspertiza edilmişdir. AZS 093-2003 “Xəzər deemulqatoru. Texniki şərtlər” dövlət standartına təklif edilən 3 saylı dəyişiklik İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin 18 noyabr 2021-ci il tarixli 212323400100 saylı əmri ilə təsdiq edilmişdir.

Bizim partnyorlarımız