19 Noyabr 2021

AZSTAND-ın əməkdaşları Tvinninq layihəsi çərçivəsində «Qanunvericilik bazası» mövzusuna dair seminarda iştirak etmişdirlər.

Azərbaycan Standartlaşdırma İnstitutunun əməkdaşları 18 və 19 noyabr 2021-ci il tarixlərində “Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması üzrə Milli Planın həyata keçirilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutuna dəstək” adlı Tvinninq layihəsi çərçivəsində İsveç Standartlar İnstitutunun ekspertləri tərəfindən videokonfrans formatında keçirilmiş «Qanunvericilik bazası» mövzusuna dair seminarda iştirak etmişdirlər.

Təlim çərçivəsində “Məhsul və xidmətlər üçün Avropa İttifaqının qanunvericilik çərçivəsi”, “Uyğunlaşdırılmış standartlar və standartlaşdırma sorğusu üçün prosedurlar – standartlaşdırma təşkilatlarının və ekspertlərin rolu”, “İstehlak bazarına nəzarət”, mövzular ilə bağlı geniş müzakirələr edilmişdir. Seminarın sonunda AZSTAND əməkdaşları ilə İsveç Standartlar İnstitutunun ekspertləri arasında Avropa İttifaqının direktivləri əsasında milli texniki tənzimləmə sahəsində qaydaların hazırlanması və qəbul edilməsi üzrə fikir mübadiləsi aparılmışdır.

Bizim partnyorlarımız