13 Yanvar 2022

AZSTAND-ın əməkdaşları Tvinninq layihəsi çərçivəsində «Standartların XML əsasında yaradılması» mövzusuna dair seminarda iştirak etmişdirlər

“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin əməkdaşları 11 və 13 yanvar 2022-ci il tarixlərində “Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması üzrə Milli Planın həyata keçirilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutuna dəstək” adlı Tvinninq layihəsi çərçivəsində Almaniya Standartlar İnstitutunun ekspertləri tərəfindən videokonfrans formatında keçirilmiş «Standartların genişlənən işarələmə dili (XML) əsasında yaradılması» mövzusuna dair seminarda iştirak etmişdirlər.

Təlim çərçivəsində “DİN-də icra layihəsi barədə təqdimat”, “XML-in ümumi iş prosesi”, “Redaktə idarəsində XML konversiyası”, “DİN-də sadə şablonunun yaradılması” mövzular ilə bağlı geniş müzakirələr edilmişdir. Seminarın sonunda AZSTAND əməkdaşları ilə Almaniya Standartlar İnstitutunun ekspertləri arasında sözügedən sahə üzrə fikir mübadiləsi aparılmışdır.

 

 

Bizim partnyorlarımız