17 Yanvar 2022

Respublikada 2021-ci il ərzində milli standartlaşdırma qurumu tərəfindən 36 dövlət standartı təsdiq edilmişdir

2021-ci il ərzində milli standartlaşdırma qurumu olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa və qüvvədə olan digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq ölkənin sosial-iqtisadi inkişafı üçün həyata keçirilən məqsədyönlü tədbirlərə töhfə vermək, dayanıqlı və inklüziv iqtisadi inkişaf üçün əlverişli şəraitin yaradılması və iqtisadi siyasətin prioritet istiqamətləri üzrə qəbul edilmiş Dövlət Proqramları üzrə müəyyən edilmiş tapşırıqlar üzrə qarşıya qoyulmuş hədəflər nəzərə alınmaqla beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılmış 36 yeni dövlət standartı qəbul edilmişdir. Bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılması məqsədlərinə xidmət etməklə, elm və texnikanın nailiyyətlərinin, bilik, qabaqcıl təcrübə və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

1. AZS 894:2021 “Çörək sənayesi üçün buğda unu. Texniki şərtlər”.

2. AZS 899:2021 “Buğda unundan hazırlanan çörək. Texniki şərtlər”

3. AZS904:2021 “Araq və xüsusi araqlar. Ümumi texniki şərtlər”

4. AZS İSO 37001:2021 (az) “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Təlimatlarla birgə tələblər”

5. AZS ISO 45001:2021 (az) “Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi. İstifadə üzrə izahlı tələblər”

6 AZS ISO 14001:2021(az) “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” 

7. AZS 893:2021 “Sənaye məhsullarının statistik təsnifatı, 2019”

8. AZS  892:2021 “Təşkilati-hüquqi formaların statistik təsnifatı”

9. AZS 901:2021 “Ərzaq kartofu Texniki şərtlər”

10. AZS 902:2021 “Toxumluq kartof. Texniki şərtlər və keyfiyyəti təyinetmə metodları”

11. AZS 905:2021 “Çay və Çay məhsulları. Termin və təriflər”

12. AZS 895:2021 ”VİRCİNİYA" botaniki növünə aid quru tütün yarpaqlarının təsnifatlandırılması və əmtəə növlərinə ayrılması”

13. AZS 896:2021  “Təzə patisson. Texniki şərtlər”

14. AZS 897-2021 “Tut ipəkqurdunun yaş (diri) baraması”

15. AZS 898:2021 “Tut ipəkqurdunun quru baraması” 

16. AZS 130:2021 “Kənd təsərrüfatı bitkilərinin toxumlarının analiz qaydaları. Qəbul qaydaları və toxum nümunələrinin götürülmə metodları”

17. AZS 903:2021 (AZS IWA 29:2019) “Peşəkar Fermer Təşkilatı–Qaydalar”.

18. AZS ISO/IEC 17020:2021(az) “Uyğunluğun qiymətləndirilməsi. İnspeksiya həyata keçirən müxtəlif növ orqanların fəaliyyətinə dair tələblər”.

19. AZS ISO/IEC 17021-1-2021 (az) “Uyğunluğun qiymətləndirilməsi. İdarəetmə sistemləri üzrə audit və  sertifikatlaşdırma xidmətlərini göstərən orqanlara dair tələblər. Hissə 1: Tələblər”.

20. AZS ISO/IEC 17021-3-2021 (az) “Uyğunluğun qiymətləndirilməsi. İdarəetmə sistemlərinin auditini və sertifikatlaşdırılmasını  aparan  orqanlara tələblər. Hissə 3: Keyfiyyəti idarəetmə sistemlərinin auditi və sertifikatlaşdırılması üçün səriştəliyə dair tələblər”.

21. AZS ISO/IEC 17065:2021(az) “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırıl masını aparan orqanlara dair tələblər”.

22. AZS 889:2021 (ISO 39001:2012) “Yol hərəkəti təhlükəsizliyinin (YHT) idarəetmə sistemləri. Tələblər və tətbiqinə dair göstərişlər”.

23. AZS EN 12592:2021 “Bitum və bitumlu büzücülər. Həllolmanın təyini üsulu”.

24. AZS EN 12593:2021 “Bitum və bitumlu büzücülər- Fraasa görə kövrəklik tempraturunun təyini üsulu”.

25. AZS EN 12595:2021 “Bitum və bitumlu büzücülər. Kinematik özlülüyün təyini”.

26. AZS EN 197.1:2021 “Sement. Hissə:1 Ümumi təyinatlı sementlərin tərkibi, texniki tələblər və uyğunluq meyarları” (AZS 411-2010 əvəzinə).

27. AZS EN 197.2:2021 “Sement. Hissə:2 Keyfiyyət göstəricilərinin sabitliyinin qiymətləndirilməsi vəyoxlanılması” ( AZS EN 197.2:2009 əvəzinə).

28. AZS EN 197-5:2021 “Sement - Hissə 5. Portland-kompozit sement CEM II/C-M və Kompozit sement CEM VI”.

29. AZS ГОСТ 30515:2021 “Sementlər. Ümumi texniki şərtlər”.

30. AZS EN 13282-2:2021 “Hidravlik yol yapışdırıcıları. Hissə 2: Normal bərkiyən hidravlik yol yapışdırıcıları - Tərkibi, texniki şərtləri və uyğunluq meyarları”

31. AZS İSO 18323:2021 ”Zərgərlik məmulatları - Almaz sənayesində istehlakçıların inamı”

32. AZS İSO 9202:2021 “Zərgərlik məmulatları və qiymətli metalların ərintilərinin əyarları”

33. AZS ГОСТ Р 52793:2021 “Qiymətli metallar. Termin və təriflər”

34. AZS 891:2021 (GOST 12302:2013) “Polimer plyonkalardan və kombinə edilmiş materiallardan hazırlanan torbalar. Ümumi texniki tələblər”

35. AZS 012:2021 “Stanqlı quyu nasosları. Ümumi texniki şərtlər” 

36. AZS 900:2021 “Yanacaqdoldurma məntəqələrində istifadə olunan nəzarət-kassa aparatları”.

Bizim partnyorlarımız