27 İyul 2018

AZSTAND-ın təşkilatçılığı ilə İSO/TC 262 "Risklərin İdarə olunması" üzrə beynəlxalq texniki komitənin iclası keçirilmişdir

AZSTAND-ın təşkilatçılığı ilə İSO/TC 262

Cari ilin 23-27 iyul tarixlərində Bakı şəhərində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) birgə təşkilatçılığı ilə katibliyinin Britaniya Standartlar İnstituytu (BSİ) tərəfindən aparıldığı İSO/TC 262 Risklərin İdarə olunması üzrə beynəlxalq texniki komitənin iclası və işçi qruplarının görüşləri keçirilmişdir.

Tədbirdə 20-dən artıq ölkədən 40 xarici ekspertin, o cümlədən müvafiq sahədə fəaliyyət göstərən şirkət və özəl struktur nümayəndələrinin iştirakı nəzərdə tutulur. İclasda biznes sferasında, idarəetmədə  və ictimai mühitdə risklərin qiymətləndirilməsi, onların təsiri, idarəolunması prinsipləri və mexanizmlərinin təhlili, eləcə də hüquqi  risklərə dair beynəlxalq standart layihələrinin müzakirəsi aparılacaqdır.

Beynəlxalq tədbirin paytaxtımızda keçirilməsinin ölkəmizin beynəlxalq nüfuzunun artırılması, müvafiq sahədə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, yerli mütəxəssislərin beynəlxalq standartların hazırlanması prosesinə cəlb olunması, ümumilikdə milli standartlaşdırma sisteminin inkişafının təşviqi baxımından faydalı olacağı gözlənilir.

 

 

 

 

 

Bizim partnyorlarımız