11 May 2022

AZSTAND-ın inzibati binasında Tvinninq layihəsi çərçivəsində “Bazara Nəzarət və Təftiş” mövzusuna dair seminar təşkil edilmişdir

AZSTAND-ın inzibati binasında “Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması üzrə Milli Planın həyata keçirilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutuna dəstək” adlı Tvinninq layihəsi çərçivəsində Almaniya Standartlar İnstitutunun (DİN) ekspertlərinin iştirakı ilə “Bazara Nəzarət və Təftiş”  mövzusuna dair seminar təşkil edilmişdir.

10-12 may 2022-ci il tarixlərində planlaşdırılan seminar çərçivəsində “Yeni Qanunvericilik Çərçivəsinə Giriş”, “Bazara Nəzarət Reqlamenti (MSR)”, “Almaniyada Nəqliyyat üzrə MSR”, Avropa İttifaqının Direktivləri üzrə vəzifələr və digər mövzular ilə bağlı təqdimatlar nəzərdə tutulmuşdur.  

 

 

Bizim partnyorlarımız