20 May 2022

“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında işgüzar görüş keçirilib

Mayın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında bağlanmış əməkdaşlıq memorandumu cərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutu ilə ADNSU-nun “Cihazqayırma mühəndisliyi” kafedrasının nümayəndələri arasında işgüzar görüş keçirilib.

Görüşdə standartlaşdırma və keyfiyyətin idarə edilməsi sahəsində ixtisaslı və peşəkar kadrların hazırlanması məqsədilə görüləcək işlər barəsində danışılıb, ADNSU tələbələrinin istehsalat təcrübəsində, yay təcrübə proqramlarında iştirakının təmin edilməsi, həmçinin məzunların və istedadlı tələbələrin işlə təmin edilməsi istiqamədində fikir mübadiləsi aparılmışdır.

Görüşdə həmçinin ADNSU-nun müəllim heyətinin ölkədə fəaliyyət göstərən  müvafiq sahələr üzrə texniki komitələrin işinə cəlb edilməsi, onlara təhsilin keyfiyyətinin idarə edilməsi üzrə beynəlxalq standartların tələbləri və  tətbiqi üzrə təlimlərin keçirilməsi barədə danışıqlar aparılmışdır.

 

Bizim partnyorlarımız