20 May 2022

Almaniya Standartlar İnstitutunun (DİN) ekspertinin iştirakı ilə “Naftalan nefti və ondan alınan məhsullar” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 29) növbəti iclası keçirildi

18 may 2022-ci il tarixində Tvinninq layihəsi çərçivəsində Bakıda səfərdə olan Almaniya Standartlar İnstitutunun (DİN) ekpertinin iştirakı ilə “Naftalan nefti və ondan alınan məhsullar” (AZSTAND/TK 29) üzrə Texniki Komitənin ZOOM vasitəsilə videokonfrans formatında növbəti iclası keçirilmişdir.

İclasda “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin, Naftalan şəhəri İcra Hakimiyyətinin, Naftalan Müalicə və Sağlamlıq Mərkəzinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyininin “Respublika Epidemiologiya və Gigiyena Mərkəzi” PHŞ-nin, “Abfarma” MMC-nin, “Ağ Naftalan”  MMC-nin, Naftalan Məlhəmi MMC-nin nümayəndələri iştirak etmişdir.

İclas zamanı işlənib hazırlanmış AZS ASTM D1319 “Flüoressent İndikator Adsorbsiyası ilə Neft Məhsullarında Karbohidrogenlərin Növlərinin Təyini Üsulu“ dövlət standartı layihəsi üzərində müzakirələr aparılmışdır.

İclas zamanı son bir illər ərzində Naftalan nefti sahəsinin inkişafı istiqamətində görülən işlərdən, Texniki Komitənin fəaliyyəti istiqaməti haqqında təkliflərdən və fəaliyyət planına daxil olan standartlardan  və bu il neçə standart qəbul edəcəyi haqqında danışılmışdır.

 

Bizim partnyorlarımız