24 Yanvar 2019

Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi iclası keçirilib

Cari ilin 24 yanvar tarixində kənd təsərrüfatı, sənaye, tikinti, nəqliyyat, neft və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 100-dən çox biznes struktur və təşkilat nümayəndələrinin iştirakı ilə Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi iclası keçirilib.

İclası işgüzar şuranın idarə heyətinin sədri Səməd Qurbanov açaraq ötən il ərzində təşkilatın fəaliyyətinin yüksək aktivliyini və müsbət nəticələrini qeyd edib. Səməd Qurbanov Azərbaycan-Rusiya İşgüzar Şurasının iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişafı üçün mövcud potensialı maksimal səviyyədə istifadə etmək niyyətində olduğunu vurğulayıb.

İclas inzibati məsələlərin müzakirəsi ilə davam edib. Səsvermə zamanı Azərbaycan Standartlaşıdrma İnstitutunun Baş direktoru Namiq Tağıyev "Sertifikatlaşdırma və gömrük proseduraları", Natiq Heydərov "Logistika", İsmayıl Orucov isə "Qida məhsulları və kənd təsərrüfatı" daimi komissiyalarının sədri seçilmişdir.  

Daha sonra Azərbaycan-Rusiya İşgüzar Şurasının www.ards.az portalının yeni imkanlarının təqdimatı keçirilib. İclasın yekun hissəsində iştirakçılar 2019-cu ilin birinci yarısına olan tədbir və layihələr planını müzakirə ediblər.  

Bizim partnyorlarımız