16 İyun 2022

Standartlaşdırma Bürosu ilə AZSTAND-ın iclası keçirildi

7 iyun 2022-ci il tarixində Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın (МГС) Standartlaşdırma Bürosunun nümayəndələri ilə Azərbaycan Standartlaşdırma İnstitutunun rəhbər heyəti və mütəxəssisləri arasında videokonfrans formatında işçi müşavirəsi keçirildi.

Müşavirədə Standartlaşdırma Bürosunun direktoru Vladimir Çernyak dövlətlərarası standartlaşdırma sahəsində Şuranın fəaliyyətinin nəticələri barədə məlumat verdi. İclas zamanı Azərbaycan Standartlaşdırma İnstitutunun rəhbəri İlham Bayramov Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası çərçivəsində (МГС) Azərbaycan Standartlaşdırma İnstitutunun fəaliyyəti barədə, habelə inkişaf perspektivi haqqında ətraflı danışdı.

Müşavirənin yekununda iclas iştirakçıları arasında fikir mübadiləsi aparıldı.

 

 

Bizim partnyorlarımız