23 İyun 2022

Standartlaşdırma üzrə Elmi-Texniki Komissiyanın növbəti iclası keçirilmişdir

15 iyun 2022-ci il tarixində Standartlar üzrə Büro Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Qırğızıstan Respublikasının, Özbəkistan Respublikasının və digər MDB ölkələrinın Standartlaşdırma üzrə Milli orqanlarından olan nümayəndələr, habelə standartlar üzrə Büronun iştirakı ilə dövlətlərlərarası standartlaşdırma üzrə çap olunmamış sənədlərin (Əlavə № 7, standartlaşdırma üzrə elmi-texniki komisiyyanın SETK № 63-2022 saylı protokolu) nəzərdən keçirilməsi üzrə videokonfrans formatında işçi müşavirəsi təşkil edilmişdir.

Qazaxıstan Respublikasının və Rusiya Federasiyasının standartlaşdırılması üzrə milli institutların nümayəndələri işçi müşavirənin iştirakçılarına onların hazırladığı və qəbul etdikləri, lakin nəşr olunmamış dövlətlərarası standartlaşdırma sənədləri haqqında məlumat verdilər.

İş müşavirəsinin iştirakçıları arasında keçirilən müzakirələr zamanı fikir mübadiləsi aparılmış və nəticədə ГОСТ standartlarının nəşri, nəşri ilə bağlı əlavə işlənib hazırlanması və ya ləğv edilməsi ilə bağlı qərar qəbul edilmişdir. 

 

Bizim partnyorlarımız