04 Mart 2019

“İSO/İEC 27001:2013 İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər” beynəlxalq standartı əsasında təlim təşkil ediləcəkdir

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə cari ilin 11-15 mart tarixlərində ölkəmizdə ilk dəfə beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” (“Cyber WEEK”) – 2019” təşkil ediləcəkdir.  “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutu və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “İKT-nin Tətbiqi və Tədrisi Mərkəzi”nin birgə təşkilatçılığı ilə 12-16 mart 2019-cu ildə “İSO/İEC 27001:2013 İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər” standartı əsasında təlim təşkil ediləcəkdir.

Təlimin keçirilməsində əsas məqsəd “İSO/İEC 27001 – İnformation Security Management Systems” - informasiya təhlükəsizliyinin idarəetmə sistemləri üzrə  beynəlxalq standartının tələbləri və tətbiq üsullarına dair yerli mütəxəssisləri məlumatlandırmaqdan ibarətdir.

Təlimdə iştirakçılar üçün İSO/İEC 27001–in tətbiqi və auditi üzrə  İRCA-nın (International Register of Certificated Auditors) qeydiyyata aldığı Azerbaycan Standartlaşdırma İnstitutunun Təlim-Tədris Mərkəzi  və İdarəetmə Sistemlərinin və Personalın Sertifikatlaşdırma Orqanının direktoru Saday Əliyev və Türkiyə Respublikasının “Esenek” Eğitim Mərkəzinin rəhbəri Halil Çelik Alaettin oğlu tərəfindən beynəlxalq imtahan keçiriləcəkdir. İmtahanı uğurla başa vuran şəxslərə İSO 27001 standartının tətbiqi üzrə baş auditor sertifikatı veriləcəkdir. Təlim Bakı şəhəri, İKT-nin Tətbiqi və Tədrisi Mərkəzində keçiriləcəkdir.  Təlim türk dilində aparılır.

Təlimdə iştirak etmək üçün əlaqə saxlaya bilərsiz:

Saday Əliyev - “Təlim-tədris Mərkəzi İdarəetmə sistemlərinin və Personalın sertifikatlaşdırılması orqanı”nın direktoru

Tel: (+994 12) 514 96 03 (dax.116), (+994 50)312 15 49

E-mail: s.aliyev@standard.gov.az, saday.aliyev@mail.ru

Bizim partnyorlarımız