09 Avqust 2022

AZS 910:2022 “Kəsilmiş kənd təsərrüfatı quşlarının əlavə quş əti məhsulları (içalat, baş, boyun, ayaqlar və s.). Texniki şərtlər” yeni dövlət standartı təsdiq edilib

Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsində beynəlxalq tələbləri özündə əks etdirən dövlət standartlarının işlənib hazırlanması, qida məhsullarının satışı və istehsalı üçün nəzərdə tutulmuş yeməli əlavə quşçuluq məhsullarının keyfiyyətinin artırılması məqsədilə hazırlanan AZS 910:2022 “Kəsilmiş kənd təsərrüfatı quşlarının əlavə quş əti məhsulları (içalat, baş, boyun, ayaqlar və s.). Texniki şərtlər” dövlət standartı təsdiq edilib.

Standart layihəsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun bazasında təsis olunmuş “Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 24) təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiq edilib.

Bu standart qida məhsullarının satışı və istehsalı üçün nəzərdə tutulmuş əti yeyilə bilən quşların əlavə quş əti məhsullarına (içalat, baş, boyun, ayaqlar və s) şamil edilir.

 

Bizim partnyorlarımız