11 Avqust 2022

Müştəri məmnuniyyəti - Təşkilatda şikayətlərin idarə edilməsi ilə bağlı AZSTAND tərəfindən təlim keçirilmişdir

09 avqust 2022-ci il tarixində ölkədə müştəri məmnuniyyətinin təmin edilməsi, artırılması və bu sahədə keyfiyyətin yüksəldilməsi məqsədilə AZS ISO 10002:2022 "Keyfiyyəti idarəetmə - Müştəri məmnuniyyəti - Təşkilatda şikayətlərin idarə edilməsi üzrə rəhbəredici sənəd" standartı əsasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və digər təşkilatların məsul işçilərinə onlayn formatda təlim keçirilmişdir.

Təlim Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması şöbəsinin müdiri Saday Əliyev tərəfindən keçirilmişdir.

Təlimdə əhaliyə göstərilən xidmətlərdə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinin, habelə müasir innovativ texnologiyaların və metodların tətbiqi ilə vətəndaş məmnunluğunun təmin edilməsi, təşkilat, istehlakçılar və digər maraqlı təşkilatlar arasındakı qarşılıqlı əlaqənin yaxşılaşdırılması, istehlakçı məmnunluğunu təmin etməklə daxili və xarici bazarda təşkilatın rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində nəzəri biliklər iştirakcıların diqqətlərinə catdırılmışdır.

Eyni zamanda standartının tətbiqi nəticəsində istehlakçıların tələblərini təmin etməyə, təşkilatın daimi, sistematik və operativ surətdə şikayətləri təhlil etmək qabiliyyətini yüksəltməyə, istehlakçıların şikayətlərini müəyyən etməklə onların səbəblərini aradan qaldırması barədə iştirakcılara məlumat verilmişdir.

 

Bizim partnyorlarımız